Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-05-2025 , 00:39

384

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

QHT Qəbələdə rayonunda  tarixi-mədəniyyət abidələrin təbliğində  bələdiyyələrin fəaliyyətini  təkmilləşdirəcək  

""Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai birliyi  Azərbaycan Respublikası  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə növbəti layihənin icrasına start verib" - bu fikirləri adıçəkilən birliyin sə   dri Vüqar Tofiqli (Cəfərov) bildirib. 

""Tarixi-mədəniyyət abidələrinin qorunması, mühafizəsi və təbliğində bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi" adlanan layihənin əsas məqsədi bələdiyyə ərazisindəki tarixi-mədəniyyət abidələrinin qorunması, mühafizəsi və təbliğinin təşkilində bələdiyyələrin işinin səmərəli qurulmasına nail olmaqdır. 

Sədr bildirib ki, layihə çəçivəsində Qəbələ rayonunda  yeni seçilmiş bələdiyyə üzvləri və qulluqçularının iştirakı  ilə tarixi-mədəniyyət abidələrinin qorunması, mühafizəsi və təbliği mövzusunda  keçiriləcək görüşlərdə Mədəniyyət nazirliyinin və Ədliyyə nazirliyinin  nümayəndələrinin iştirakı ilə aparılması nəzərdə tutulur. Bundan başqa layihə çərçivəsində Qəbələ rayon ərazisində olan tarixi-mədəniyyət abidələri haqqında sosial çarx hazırlanacaq. Bu sosial çarxda Qəbələ rayon ərazisində olan tarixi-mədəniyyət abidələri haqqında məlumatlar öz əksini tapacaq.  Hazırlanacaq sosial çarx  müasir texnologiyaların imkanlarından istifadə edərək  internet resurslarında və sosial şəbəkələrdə yayımlanacaqdır. 

Keçiriləcək görüşlərdə  əsasən yeni aşkarlanan tarixi mədəniyyət abidələrinin qeydə alınması, mövcud abidələrin bərpası, mühafizəsi və qorunması istiqamətində görüləcək işlər barədə, o cümlədən  müasir informasiya texnologiyaların imkanlarından istifadə edərək tarixi mədəniyyət abidələrinin təbliği istiqamətində görüləcək işlər haqqında olacaqdır.

Sədr ümid edir ki,  layihə çərçivəsində nəzərdə tutulan işləri  vaxtında və layiqincə həyata keçirməklə  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyinin göstərdiyi etimadı doğruldacaq.

""Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai birliyi  

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub

Gündəlik Xəbərlər
09-05-2025
538

Hər üç görüşdə diqqətimi çəkən əsas məqam...

Gündəlik Xəbərlər
24-04-2025
881

Cərimə edilən sırasında bələdiyyədə də var 

Gündəlik Xəbərlər
21-04-2025
657

Bələdiyyələr niyə hesabat verə bilmirlər...

Gündəlik Xəbərlər
11-04-2025
1353