Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-05-2025 , 23:58

622

Son xəbərlər

Bütün xəbərlər

"JEK"lərin xidmət haqqı toplaması qanunidir?

Gündəlik Xəbərlər
10-06-2025

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Region
- +

“Müstəqilliyin Səsi” adlı tədbir Boradigah bələdiyyəsində keçirildi

28 May – Müstəqillik Günü münasibətilə Boradigah Bələdiyyəsinin təşkil etdiyi “Müstəqilliyin Səsi” adlı tədbir keçirildi. Tədbirdə Masallı RİH-in Boradigah ərazi üzrə nümayəndəsi Teymur İsrafilov və nümayəndəliyin əməkdaşları, bələdiyyə üzvləri, ərazidə yerləşən ümumtəhsil müəssisələrinin müəllim və şagird kollektivi, eləcə də veteran müəllimlər iştirak edirdilər.

Tədbiri Boradigah Bələdiyyəsinin sədri Tünzalə Qardaşova açmışdır.Sonra dövlətçiliyimizin bərqərar olunmasında əvəzsiz xidmətləri olmuş şəxslərin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbirin bədii hissəsində məktəblilərin təqdimatında şeirlər, mahnılar, səhnəciklər, təqdimatlar və rəsm sərgisi nümayiş olundu. Daha sonra məktəblərarası “Qurtuluş”, “İstiqlal”, “Zəfər” və “Vətən” komandaları arasında bilik  yarışı təşkil edildi. Şagirdlər yarışlarda fəallıq və vətənpərvərlik ruhu nümayiş etdirdilər.

Ərazi nümayəndəsi Teymur müəllim çıxış edərək 28 May – Müstəqillik Gününün tarixi əhəmiyyətindən bəhs etdi və məktəblərin bələdiyyə ilə əməkdaşlığını yüksək qiymətləndirdi. Tədbirdə çıxış edən veteran müəllimlər, məktəb direktorları və digər müəllimlər tədbirin əhəmiyyətini vurğulayıb təşkilatçılara təşəkkürlərini bildirdilər.

Sonda məktəb rəhbərləri, müəllimlər və  şagirdlər bələdiyyə tərəfindən təşəkkürnamələrlə təltif olundular. Tədbir iştirakçıları ilə birlikdə xatirə şəkli çəkildi.

Boradigah Bələdiyyəsi bu cür tədbirlərlə dövlətçilik ruhunun aşılanması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına töhfə verməyə davam edəcək.Əməkdaşlıq etdikləri üçün ərazidə yerləşən məktəblərin rəhbərlərinə, müəllim və şagirdlərinə təşəkkür edirik!

Masallı rayonu Boradigah bələdiyyəsi



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

 Qəhrəmanlarımızla fəxr edirik!

Region
28-05-2025
530