Mikayıl Məmmədov: "Maştağa bələdiyyəsi olaraq əsas vəzifəmiz həm də ..."
"Bələdiyyə olaraq əsas vəzifələrimizdən bir də ərazinin ekoloji durumunun yaxşılaşması istiqamətində öz töhfəmizi verməkdir"- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu Maştağa bələdiyyəsinin sədri Mikayıl Məmmədov bildirib.
Sədrin sözlərinə görə, bununla bağlı bildirişlərin paylanılması və ya səyyar görüşlərdə mütəmadi olaraq sakinlərlə söhbətlər aparılır.
Sədr bildirib ki, bu günlərdə Maştağa bələdiyyəsi olaraq sakinlər arasında ekologiyanın qorunması və sanitar - gigiyeniya ilə bağlı maarifləndirmə məqsədi ilə Samur-Abşeron kanalının qəsəbə ərazisindən keçən hissəsində maarifləndirmə lövhələri yerləşdirilmişdir.
Lövhələr ərazidə yaşayan sakinlərin iştirakı ilə basdırlımışdır.
Bələdiyyənin ekologiya komissiyasının müzakirəsindən sonra bələdiyyə iclasında qəbul edilmiş qərardan sonra həyata keçirilən bu addım sakinlər tərəfindən rəğbətlə qarşılanmışdır.
Belediyye.info
Rəylər
0 Rəy