Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-05-2024 , 09:28

1934

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

“Azərpoçt”un optimallaşdırma siyasəti və ya sakinlərə və bələdiyyələrə yaradılan problemlər


Müşahidələr göstərir ki, son günlər bələdiyyələrin üzləşdiyi problemlərin sırasına biri də əlavə olunub. Belə ki, bələdiyyələrin daim canlı ünsiyyətdə olduğu, o cümlədən maliyyə əməlliyyatlarını bank xidməti göstərən poçt vasitəsiylə həyata keçirdyi bir vaxtda “Azərpoçt”un atdığı bir sıra addımlar, reallaşdırdığı bəzi layihələr təqdirəlayiq hesab edilsə də bələdiyyələrə, xüsusən rayon mərkəzindən uzaq olan kənd və qəsəbələrdə yaşayan sakinlərə yaratdığı problemlər anlaşılan deyil.  

“Azərpoçt” rəsmiləri bəyan edir ki, “2022-ci ildən optimallaşma proseslərinin əsas məqsədlərindən biri də poçt xidmətlərinin icrasına xələl gəlmədən zərərlə işləyən poçt şöbələrinin fəaliyyətini dayandırmaq və iqtisadi səmərəliliyi təmin etməkdir”.

Çox yaxşı. Gözəl təklifdir. Bəyənilsin. Ancaq unutmayaq ki,  hər bir dövlət qurumunun fəaliyyəti həm də vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldilməlidirsə “Azərpoçt”un bu addımı əksinə vətəndaşın və bələdiyyələrin ziyanına xidmət etmək kimi başa düşülür.

Bəzi faktlara müraciət edək.   

Xızı rayonun Altıağac qəsəbəsində poçt şöbəsinin fəaliyyəti dayandırılıb. Altıağac bələdiyyəsinin inzibati ərazisinə Altıağac qəsəbəsi və  Qızılqazma, Yarımca, Safbulaq kəndləri daxildir.  Altıağac bələdiyyəsində əhalinin sayı 1.768 nəfər təşkil edir, təsərrüfatın sayı 648, vergi ödəyicilərinin sayı isə 480 nəfərə çatır. Ötən il bələdiyyənin büdcə gəliri 35 min manatdan artıq olub.  Və ən əsası ötən ilin ilk dörd ayı ərzində bələdiyyənin büdcə gəliri 15 min manatdan artıq olduğu halda,  poçtun fəaliyyətinin dayandırılması səbəbindən cari ilin dörd ayı ərzində bu rəqəm cəmi 4.635 manat təşkil edib. Sual edirəm budurmu vətəndaş məmnunluğu? Onu da əlavə edək ki,  optimallaşdırma səbəbindən onlarca şəxs  həm də iş yerini itirib. Sual edirəm, budurmu sizin tətbiq etdiyiniz yenilik?

Bir tərəfdən onlarca şəxs iş yerindən mərhum olur, digər tərəfdən sakinin əziyyəti kifayət qədər artır, başqa bir tərəfdən bələdiyyənin büdcə gəlirləri azalır. İndi təsəvvür edin ki, Altıağac qəsəbəsindən rayon mərkəzinə 16 km, Qızılqazma kəndindən isə 28 km-dir. Vətəndaş on manatlıq vergini ödəməkdən  və yaxud oğluna əsgər məktubu yola salmaqdan ötrü nə qədər əziyyət və nə qədər vəsait xərcləməlidir. Yenilyi tətbiq edənlər bu məqamı nəzərə alıblarmı?

Və yaxud Şamaxının Bağırlı bələdiyyəsində də poçt şöbəsi bağlanıb. Kəndin 3 min nəfər sakini, 400 fərdi yaşayış evi, 700-ə yaxın təsərrüfatı var. Kənddə  ödəniş terminalı yoxdur. Kənd isə rayon mərkəzindən 35 km aralıda yerləşir. Kənddəki poçt şöbəsi isə  Bağırlı, Ovçulu, Hacıqədirli kəndlərinə xidmət edirdi. Yaxşı yeniliyi asanlıqla tətbiq etdik. Bəs sonra. 

Başqa bir misal. Qəbələ rayonunun Tüntül bələdiyyəsi Tüntül və Yengicə kəndlərini əhatə edir. Əhalisinin sayı 3650, vergi ödəyicilərinin sayı 850 nəfərdir. Ötən ilin dörd ayı ərzində bələdiyyə 6500 manat maliyyə əldə etmişdirsə, cari ilin dörd ayı ərzində bu rəqəm 4950 manata düşüb. Bələdiyyənin büdcə gəliri bəs niyə azalıb? Çünki poçt şöbəsi fəaliyyətini dayandırıb. Ciddi danışıqlar aparıldıqdan sonra sentyabr ayınadək fəaliyyəti bərpa edildiyi deyilsə də halda problem qalmaqdadır.  

İsmayıllı rayonunda isə 9 poçt şöbəsi fəaliyyətini dayandırıb. Demək, həm də minimum doqquz nəfər iş yerini itirib. Belə davam getsə onsuzda büdcə gəliri az olan İsmayıllı bələdiyyələri təhvil- təslim edib sədrlər evlərində  oturmaq məcburiyytəində qalacaqlar.

Fatmayı kəndində də poct şöbəsi bağlanıb. Təsəvvür edin ki, il ərzində 100 min manatdan artıq büdcə gəliri olan bələdiyyənin poçtun bağlanılması səbəbindən cari ilin ilk beş ayı ərzində əldə etdiyi vəsaitin həcmi 9 min manata catmayıb.

“Azərpoçt” rəsmiləri isə iddia edir ki, “Fatmayi kənd poçt şöbəsinin fəaliyyətinin dayandırılmasının həm əhalinin xidmətlərə əlçatanlığının təmin olunmasına, həm də bələdiyyə yığımlarına mənfi təsiri müşahidə olunmur”.  Hər halda fakt göz önündədir. Əlavə şərhə ehtiyac yoxdur.

Ancaq “Azərpoçt” səbəb kimi, Fatmayi kənd poçt şöbəsinin bağlanmasında “əsas səbəb kimi, 2022-ci ildə şöbənin zərərinin 8000 AZN, 2023-cü ilin ilk doqquz ayında isə 9000-dən çox olmasını göstərib”.

Sual edirəm, Fatmayı bələdiyyəsinin əldə etdiyi maliyyə vəsaitinin həcmi 2022-ci ldə 108 min manat, 2023-cü ildə  isə bundan dörd dəfə çox olub. Bələdiyyənin maliyyəsinin dövrüyyəsi hesabına poçtun əldə etdiyi vəsaitin həcmi nə qədər olub, bilən varmı. Üstəlik hər bir maliyyə dövrüyyəsindən əlavə xidmət haqqlarını, habelə əhaliyə göstərdiyi  xidmətləri də əlavə etsək poçt şöbəsinin zərərlə işlədiyini deyil, qazancla işlədiyini deyə bilərik. Üstəlik Fatmayı kəndindəki poçt şöbəsinin binasının  məhz Fatmayı bələdiyyəsinin maliyyəsi hesabına inşa edildiyini nəzərə alsaq demək onun bağlanılması ümumiyətlə heç bir fəlsəfi düşüncələrə belə uyğun gəlmir.  Qərarı qəbul edənlər bu barədə düşünüblərmi, görəsən. Əlavə edim ki, bu misalları kifayət qədər çəkə bilərik.

“Azərpoçt” deyir ki, “proseslərin məntiqi davamı olaraq regionlaşma mərhələsinə keçid edilib”. Çox gözəl. Biz də  hər daim regional idarəetməyə keçidin tərəfdarı olmuşuq. Ölkə başçısı da  xüsusi nümayəndəlik və 14 iqtisadi rayon təsis etməklə regional idarəetmənin başlanıldığını elan edib. Proses ona doğru gedir. Bəs maraqlıdır, “Azərpoçt” regional idarəetməni hansı prinsiplə qurub. Regional şöbələrin maliyyəsi bir rayonda, idarəetməsi isə başqa bir rayonda formalaşdırılması artıq məsrəflərlə yol açmırmı, çox maraqlıdır.

Elə başa düşülməsin ki, biz hansısa yeniliyin tərəfdarı deyilik. Xeyr, əsla bu belə deyil. Biz məntiqə söykənən hər bir yeniliyin tərəfdarıyıq. Ancaq belə yeniliyin yox. Yeniliyi tətbiq etməmişdən öncə onun yaradcağı problemi bəri başdan həll etmək lazım idi.

“Azərpoçt”un maliyyə dövrüyyəsində bələdiyyələrin maliyyəsinin mühüm bir yer tutmasını hər kəs yaxşı bilir. Mən bu qurumun bank xidmətlərinin də lazım səviyyədə olmamasına, bank məlumatlarının məxfiliyin qorunmasının standarta cavab verməməsinə, internetbankinq sisteminin hələ də qurulmamasına toxunmuram.

Bu qeyri-ordinar addımların hansısa özəl şirkət tərəfindən atılması təbii  hal kimi sayılsa da, dövlət qurumu tərəfindən atılan bu addımlar məqbul sayılmır. Dünya təcrübəsindən yararlanaraq yeni gəlir gətirən sahələri poçt xidmətlərinə əlavə etməklə büdcənin həcmini artırmaq əvəzinə ixtisarlara üstünlük verilməsi indiki halda  qəbuledilməzdir. “Azərpoçt” bu ixtisarlardan sonra nəyə nail ola bilib, maraqlıdır.   

Hər halda bələdiyyələrin maliyyə əməliyyatlarını məhz poçt üzərindən aparılmasının əsas səbəbi dövlətin bu qurumun fəaliyyətinə dəstəyi kimi qəbul edilməlidir. Yaxşı əgər biz atdığımız addımlarla bələdiyyələrə və xüsusəndə  sakinlərə əlavə problem yaradırıqsa demək hər kəsdən  tələb edilən vətəndaş məmnunluğunun  əksinə addım atırıq. 

Budaqda oturub niyə ağacı kəsirik, cənablar.

Vüqar Tofiqli

P.S. Yazıda qaldırılan məsələlərə “Azərpoçt” MMC-nin fikirlərinə Belediyye.infoda yer ayırmağa  hazırıq  


    

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Eldar Əzizov Bağırov körpüsündə 

Gündəlik Xəbərlər
26-10-2024
347

Binəqədi rayonunda ağacəkmə aksiyası keçirilib 

Gündəlik Xəbərlər
23-10-2024
372

Bələdiyyələrin sayı 684-ə endirilir

Gündəlik Xəbərlər
18-10-2024
514

1100 bələdiyyənin 8 milyon borcu var - PA

Gündəlik Xəbərlər
11-10-2024
496

Bələdiyyələrin birləşməsi ilə bağlı yeni QANUN

Gündəlik Xəbərlər
10-10-2024
759

Bələdiyyələr qrant ala biləcək

Gündəlik Xəbərlər
05-10-2024
658