Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-03-2024 , 15:30

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Azərbaycanın terror aktıyla əlaqələndirilməsi iyrənc informasiya təxribatı hesab edirəm

"Bu günlərdə “Crocus City Hall” konsert zalında törədilmiş və xeyli günahsız insanın ölümünə səbəb olmuş terror aktında Azərbaycan izini axtarmaq bu gün çox məntiqsiz görürün və bu addımı teleaparıcı, jurnalist Vladimir Solovyovun Azərbaycana qarşı ənənəvi qərəzindən əl çəkmədiyini göstərir.

Təəssüf  ki, V.Solovyov özünün məntiqsiz fikriləriylə növbəti dəfə informasiya təxribatı aparır. Özünü yüksək intellektual zəka sahibi hesab edən jurnalist hələ də bilmir ki, terrorçunun heç bir milli və dini mənsubiyyəti olmur. Nəzərə alsaq ki, hadisəni törətməkdə təqsirli bilinən şəxslər müəyyənləşib və Solovyovun “konsprioloji təfəkkürünü” işə salmasına heç bir ehtiyac yoxdur.

V.Solovyovun “Crocus City Hall”da törədilmiş təxrtibata etnik don verməsi azərbaycanlıları, ümumən Azərbaycanı hədəfə almaq, Rusiyada etnik münaqişə alovlandırmaq, həmvətənlərimizə münasibətdə, habelə müsəlman aləminə antipatiya yaratmaq üçün növbəti cəhdidir.

Sözsüz ki, jurnalistin terror aktında Azərbaycan izlərini axtarmaq cəhdi onun daim ermənipərəst təəssübkeşliyindən qaynaqlanır.

QHT sədri olaraq V.Solovyovun “Crocus City Hall” konsert zalında törədilmiş qorxunc terror aktı ilə bağlı mövqeyini, Azərbaycanı bu hadisə ilə əlaqələndirmək yönümlü iyrənc informasiya təxribatını qətiyyətlə pisləyirəm. Düşümnək olar ki, heş olmasa Azərabaycan cəmiyyətində səslən fikirləri nəzərə alıb bu cür təxribat xarakterli çıxışlara son vermiş olacaq.

Vüqar Tofiqli 

"Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri   

Rəylər

1 Rəy

Eminov Təyyar

27-03-2024, 1 ay əvvəl

Crocus City Hall konsert zalında törədilmiş terror aktını Azərbaycanla əlaqələndirmək bir başa cəfəngiyatdır. Mən bir Azəri -Türkü olaraq bu qarayaxma kompaniyasını pisləyirəm və V.Salavyov təki insanlara arolsun deyirəm . Azərbaycan Vətən müharibəsi veteranları İctimai birıiyi Qubadlı rayon şöbəsinin sədri T.Eminov

Cavabla

Rəy yaz

Oxşar xəbərlər

Şuşa rayonu üzrə tikintinin göstəriciləri

Gündəlik Xəbərlər
09-05-2024

Şuşa rayonu üzrə sənayenin göstəriciləri

Gündəlik Xəbərlər
07-05-2024

Bələdiyyə qulluqçusu dünyasını  dəyişib

Gündəlik Xəbərlər
05-05-2024