Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-03-2024 , 13:05

3047

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

 Bələdiyyə sədri Beynəlxalq konfransda iştirak edir

Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli 6-8 mart 2024-cü il tarixlərində Türkiyə Cümhuriyyətinin Konya şəhərində keçirilən III Beynəlxalq Dayanıqlı Ekoloji Kənd Təsərrüfatı Konfransında iştirak edir. Konya Səlcuq Universitetinin Ziraat fakültəsində baş tutan konfransa 21 ölkədən 90-dan çox alim və tədqiqatçı qatılıb.

Dəvətli məruzəçi Fariz Xəlilli açılış sessiyasında Gəgəli bələdiyyəsinin Təmiz kənd sahəsində fəaliyyətindən bəhs edərək Gəgəli bələdiyyəsini tanıdıb. O, əvvəlcə qeyd etmişdir ki, Azərbaycanda Sovet dövründən kəndlərdə məişət tullantılarının toplanması və çeşidlənməsinin idarə edilməməsi və ənənənin formalaşmaması postsovet dövründə ekoloji tarazlığın pozulmasının davam etməsi ilə səciyyələnib. Dərə yataqlarına atılan tullantıların çeşidliliyi də artıb, plastik və polietilen tullantılar çoxalıb. Dərə yataqlarından axar su mənbələrinə qarışan tullantılar müxtəlif xəstəliklərə səbəb olub. Bu tullantılar kənd təsərrüfatı sahələrini də çirkləndirib. Ətraf mühitin istehsalat və məişət tullantılarından mühafizəsi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 8 iyun 1999-cu ildə imzaladığı "Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu"nu ilə təsbit edilib. 2014-cü ildə Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” layihəsi çərçivəsində Ağsu rayonu Gəgəli kəndində araşdırma aparıb, sorğular keçirib, məişət tullantıları yerlərini monitorinq eləyib, təklif və tövsiyələrini verib. 2020-ci ildə Ağsu rayonu Gəgəli bələdiyyəsi məişət tullantılarının ətraf mühitə vurduğu zərəri nəzərə alaraq "Təmiz kənd xidmət mərkəzi" layihəsini həyata keçirməyə başlayıb. Layihə məişət tullantılarının toplanması, daşınması, çeşidlənməsi və utilizasiyasını əhatə edir. Bu məqsədlə, bələdiyyə öz "Təmiz kənd" müəssisəsini yaradıb, yerli sakinlərlə müqavilə bağlayıb, bələdiyyəyə məxsus 2 hektarlıq torpaqda xidmət mərkəzi qurub, 5 nəfəri işə cəlb edib, çeşidlənmiş tullantılar digər sahibkarlara satılıb. Məişət tullantılarının idarə olunması maarifləndirmə işlərinin aparılması ilə möhkəmləndirilib. Əsas məqsəd xidmət mərkəzinə gətirilməzdən əvvəl, evlərdə məişət tullantılarının çeşidlənməsinə nail olmaqdır. Fariz Xəlilli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmasından danışıb. O, Azərbaycanın 2024-cü ildə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini və konfrans iştirakçılarının bu tədbirlərə maraq göstərməsinin əhəmiyyətini vurğulayıb. Dinləyicilər Fariz Xəlilliyə Təmiz kənd xidmət mərkəzinin fəaliyyəti ilə bağlı suallar ünvanlayıblar. Konfrans 9 marta qədər davam edəcək.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Ədliyyə naziri Şəki şəhərində qəbul keçirəcək 

Gündəlik Xəbərlər
06-03-2025
1232

Yeni seçilən bələdiyyə sədrlərinin diqqətinə: CİDDİ

Gündəlik Xəbərlər
05-03-2025
1079

Emin Əmrullayev professora yüksək vəzifə verdi


Gündəlik Xəbərlər
25-02-2025
988

Şahtaxtılıların dəyərli ziyalısı haqqında

Gündəlik Xəbərlər
23-02-2025
1074

Elşad Vəliyev Xətai bələdiyyəsinin sədri seçilib 


Gündəlik Xəbərlər
17-02-2025
1762

Bələdiyyə sədrləri nə vaxt seçiləcək? - AÇIQLAMA

Gündəlik Xəbərlər
15-02-2025
1687

Assosiasiyada Təmraz Tağıyevin yubileyi qeyd edilib 

Gündəlik Xəbərlər
14-02-2025
752

MSK bu gün bələdiyyə seçkilərinə yekun vuracaq

Gündəlik Xəbərlər
14-02-2025
1141