Bələdiyyə sədri təltif edilib
"Nəsimi bələdiyyəsində faydalı, məhsuldar iş şəraiti yaratdığına və həmkarlar təşkilatının işində səmərəli fəaliyyətinə görə" Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Qorxmaz Həsənovun 9563 saylı qərarı ilə "Fəxri Diplomla" təltif edilib.
Bu gun bələdiyyənin inzibati binasında keçirilən tədbirdə Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Nəsimi rayon təşkilatının sədri Arzu Məmmədov Nəsimi bələdiyyəsində həmkarların fəaliyyətindən və bu fəaliyyətdə bələdiyyə sədrinin göstərdiyi qayğı və diqqətdən danışaraq "Fəxri Diplomu" Əziz Zeynalova təqdim edib.
Əziz Zeynalov ona göstərilən diqqətə görə, həmkarlar təşkilatına təşəkkürünü bildirərək, bundan sonra da bələdiyyə-həmkarlar təşkilatı arasında əməkdaşlığın yüksələn xətt üzrə gedəcəyini qeyd edib.
Belediyye.info
Rəylər
0 Rəy