Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-05-2025 , 08:25

781

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Telman Süleymanov: "Nəticə etibari ilə son illərdə atılan addımlar  vətəndaş-bələdiyyə münasibətlərində yaranan problemlərin birdəfəlik həlli olunmasına şərait yaradıb" 


"Bələdiyyələrin vergi xidməti tərəfindən tədiyə bildirişlərinin yaxın gələcəkdə elektron qaydada vergi ödəyicilərinə təqdim edilməsi məsələsinin qanuna əlavə edilməsi nəticə etibari ilə  həm  büdcə gəlirlərinin artımına, həm də müəyyən mənada israfçılığn qarşısnı almış olacaqdır."- bu fikirləri  Belediyye.infoya Xəzər rayonu Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov bildirib.

"Qeyd edilməlidir ki, hazırda Şüvəlan bələdiyyəsinin vergi xidməti bu gün var qüvvəsi ilə çalışaraq  büdcə gəlirlərinin artımına çalışır. Bəzən vergi ödəycilərinin narahatlığı məhz tədiyə bildirişlərinin  vaxtında almamaları ilə və ya düzgün hesablama aparılmaması ilə bağlı olur. Yeni tətbiq edilən e-belediyye.az portalında bütün hallarda vətəndaş öz kabinetinə daxil olmaqla bu yalnışlığı, əgər olubsa, elektron qaydada həll edə bilər. 

Nəticə etibari ilə son illərdə atılan addımlar, xüsusən də BAMS-ın ƏMDX məlumat sisteminə inteqarsiya edilməsi, BAMS proramının təkmilləşdirilməsi  vətəndaş-bələdiyyə münasibətlərində yaranan problemlərin birdəfəlik həlli olunmasına şərait yaradıb"-bu fikirləri  də Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov bildirib. 

Sədr əlavə edib ki, müzakirə edilən qanuna əlavələr bələdiyyədə şəffaqlığın,  əvvəllər mövcud olmuş neqativ halların aradan qaldırlmasına, həm də cəmiyyətdə bələdiyyələrin nüfuzunun artmasına yardımçı olacaqdır.  

Telman Süleymanov qeyd edib ki, bələdiyyələrin vahid informasiya sisteminin dövlət informasiya sisteminə əlavə olunması isə  dövlətin həmişə olduğu kimi bələdiyyəyə olan həm də yüksək  diqqətin göstəricisidir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sabiq bələdiyyə sədri vəfat edib

Bakı
30-06-2025
1351