Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-02-2024 , 18:18

3972

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Bələdiyyələrin sayı  2 dəfəyədək azaldılır

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisin plenar iclasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatında Milli Məclisə bələdiyyələrlə bağlı iki qanun layihəsi daxil olub: “Bələdiyyələrin problemlərinin həlli ilə bağlı parlamentə iki qanun layihəsi daxil olub və artıq komitəyə təqdim olunub. Layihələrdə bələdiyyələrin sayının azaldılması, birləşməsi ilə bağlı məsələ yer alıb. Layihələrdən biri “Bələdiyyələrin birləşməsi, birgə fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında”, həm də “Bələdiyyələrin statusu haqqında”dır. Əhali sayı 3 mindən az olan kəndlərin bələdiyyəsi birləşdiriləcək və böyük bələdiyyələr yaradılacaqdır.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin bu istiqamətdə apardığı təhlil və ilkin hesablamalara görə, qanunvericilikdə nəzərdə tutulan zəruri dəyişikliklər edildikdən sonra ölkə üzrə   bələdiyyələrin sayı təqribən 2 dəfəyədək azalacaqdır.

Bələdiyyələrin birləşdirilməsi nəticəsində bu qurumların büdcə gəlirlərinin mərkəzləşməsinə və yüksəlməsinə, büdcə xərclərinin optimalaşdırılmasına,  inzibati xərcləri azalmasına xidmət edəcək, habelə maliyyə resurslarının parçalanmasının qarşısı alınacaq, iqtisadi potensialı genişlənəcək, yeni maddi texniki baza formalaşacaq, əsas vəsaitlərin və əmək ehtiyatlarından istifadənin səmərəliliyi artacaq, yerli infrastrukturun bütün sahələrinin inkişafı sürətlənəcək.

Eyni zamanda yerli əhəmiyyətli məsələlərin həlli-bələdiyyə ərazisinin abadlaşdırılması, bələdiyyə yollarının tikilməsi və saxlanılması, su təchizatı və kanalizasiya təsərrüfatının yaxşılaşdırılması, məişət tullantılarının idarə edilməsi, qəbiristanlıqların qorunması, saxlanılması, idarə olunması, eləcə də yerli infrastrukturun digər sahələrinin inkişafı sürətlənəcəkdir.

Qanunvericilikdə aparılan dəyişikliklər ən əsası  vətəndaşların bələdiyyələrə inamı artmasına səbəb olacaq, bələdiyyələrin iş prosesində ictimai iştirakçılıq yüksələcək və seçicilər arasında bələdiyyələrin nüfuzu əhəmiyyətli dərəcədə artacaq. Bu da əhalinin  bələdiyyə seçkilərinə və bələdiyyə qulluğuna marağını  artmasına imkan yaradacaq.

Beləliklə, ixtisaslı kadrların bələdiyyə qulluğuna cəlb etmək və idarəetmədə müasr informasiya kommunikasiya texnologiyalarının tətbiqi imkanları artacaq, nəticədə bələdiyyə idarəetməsinin keyfiyyəti və səmərəsi yüksələcək, idarəetmədə şəffaflıq və hesabatlılıq təmin ediləcəkdir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyələr niyə hesabat verə bilmirlər...

Gündəlik Xəbərlər
11-04-2025
1408

Eldar Əzizovu fərqləndirən əsas cəhət


Gündəlik Xəbərlər
09-04-2025
702

Nazir  Şəkidə vətəndaşları qəbul edib

Gündəlik Xəbərlər
07-04-2025
740

Bu rayonlarda  da bələdiyyələr formalaşdırılıb?

Gündəlik Xəbərlər
07-04-2025
787

Yeni seçilən bələdiyyə sədrlərinə 14 qızıl tövsiyə

Gündəlik Xəbərlər
26-03-2025
1065

Nizami bələdiyyəsində görüş keçirilib

Gündəlik Xəbərlər
10-03-2025
859