Eyvaz Orucov: "“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin fəaliyyətinin 15 illiyi münasibətilə Sizi və kollektivinizi təbrik edirik"
"Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai birliyinin fəaliyyətə başlamasının 15 illiyi münasibəti ilə ictimai birliyin ünvanına təbrik məktubları daxil olmadadır.
Qax bələdiyyəsinin sədri, dəyərli ağsaqqal Eyvaz Orucovun imzası ilə daxil olan təbrik məktubunu oxucuların diqqətinə çatdırırıq.
"Hörmətli Vüqar müəllim,
Qurucusu olduğunuz və 2010-ci ildən fəaliyyət göstərən “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi daima bələdiyyələrin inkişafını dəstəkləyən təşəbbüslər irəli sürmüş, bələdiyyə sistemində çalışanları maarifləndirmişdir.
Hörmətli Vüqar müəllim,
Yerli özünüidarəetmə orqanlarının ölkəmizdə aparılan mütərəqqi islahatların ruhuna uyğun daha səmərəli fəaliyyət göstərməsi üçün verdiyiniz dəstəyə, bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin edilməsi üçün bələdiyyə üzv və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə intensiv gördüyünüz işlərə, bələdiyyələrin fəaliyyətinin təbliğ olunması, media orqanlarında işıqlandırılması sahəsində verdiyiniz töhfələrə görə Sizə öz dərin təşəkkürümüzü bildirir, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin fəaliyyətinin 15 illiyi münasibətilə Sizi və kollektivinizi təbrik edirik.
Gərgin fəaliyyətinizdə Sizə can sağlığı və uğurlar arzulayırıq. Əminik ki, Ulu öndərin yadigarı olan bələdiyyələr Azərbaycanın inkişafında və çiçəklənməsində mühüm rol oynayacaq, seçicilərin etimadını bundan sonra da layiqincə doğruldacaqdır
Eyvaz Orucov
Qax bələdiyyəsinin sədri"
Rəylər
0 Rəy