Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-05-2025 , 20:14

660

Son xəbərlər

Bütün xəbərlər

"Əsasnamə” təsdiq edilib 

Gündəlik Xəbərlər
11-06-2025

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Habil Həmidov: "Bu addımları atılması həm də bələdiyyələrin üzləşdiyi digər problemlərin də tezliklə həll ediləcəyinə bələdiyyələrin inamını arıtırıb".


"Bələdiyyə qanunvericiliyə aid bir sıra qanunlara əlavə və düzəlişlərin edilməsi ilə bağlı qanun layihələrinin Milli Məclisdə  müzakirəsi bələdiyyələrin büdcə gəlirlərinin artımına səbəb olacaqdır"- bu fikirləri  Belediyye.infoya Xəzər rayonu Binə bələdiyyəsinin sədri Habil Həmidov bildirib.

Sədr qeyd edib ki, son illər dövlətin bələdiyyələrin inkişafına maraqlı olması və bunun üçün bir sıra ciddi addımların atılması göz önündədir. 

Bələdiyyələrin birləşdirilməsi ilə bağlı atılan addımlar,  bəzi qanunvericilik aktlarına əlavə və düzəlişlərin həyata keçirilməsi, BAMS-ın Əmlak Məsələləri Dövlət Xidmətinin  məlumat bazasına inteqrasıya edilməsi, habelə tədiyə bildirişlərinin 2027-ci ildən sonra tamamailə elektron formada vergi ödəyicilərinə  təqdim edilməsi nəticə etibari ilə  büdcə vəsaitlərinə  qənaət etməyə imkan verməklə, büdcə vəsaitlərinin  həm də artımına şərait yaratmış oldu.

Bələdiyyələrin vahid informasiya sisteminin yaradılması və onun dövlət informasiya sistemi kimi qəbul edilməsi, həm də bələdiyyəyə olan növbəti  diqqətin göstəricisi hesab edilməlidir. Bu məqam  nəticə etibari ilə bələdiyyələrin cəmiyyətdə nüfuzuna müsbət mənada təsir etmiş olacaqdır.

Düşünmək olar ki, bu addımları atılması həm də bələdiyyələrin üzləşdiyi digər problemlərin də tezliklə həll ediləcəyinə bələdiyyələrin inamını arıtırıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər