Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-05-2025 , 08:30

1336

Son xəbərlər

Bütün xəbərlər

Qarabağın susqun salnaməsi - Kurqanlar

Gündəlik Xəbərlər
14-06-2025

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Bakı
- +

Hümbət Hüseynov:  "Bələdiyyələrin vahid informasiya sistemi dövlət informasiya sistemi hesab olunursa, onun saxlanılması da..."

"Bələdiyyələrin vahid informasiya sisteminin yaradılması və tədiyə bildirişlərinin həm də elektron qaydada vergi ödəyicilərinə təqdim edilməsi məsələsinin qanuna əlavə edilməsi   bələdiyyələrdə şəffaflığın tam təmin edilməsinə öz töhfəsini verəcəkdir"-  bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin videokonfrans formatında keçirilən  iclasında  Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov bildirib. 

O xatırladıb ki, tədiyə bildirişlərinin elektron qaydada vergi ödəyicilərinə təqdim edilməsi əsasən şəffaflığın  və  ölkə başçısının daim tələb etdiyi vətəndaş məmnunlunğunun təmin edilməsinə söykənən bir addımdır.

Odur ki, hər bir bələdiyyə qanunun yaradacağı bu imkandan yararlanmaqla, həm də büdcə gəlirlərinin həcmini artırmağa nail olmalıdır. 

Sədr qeyd edib ki, düzəlişlərin birində qeyd edilir  ki, “Bələdiyyələrin vahid informasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi üçün zəruri xərclər həmin sistemin əsasnaməsi ilə müəyyən edilmiş həcmdə yerli büdcənin gəlirləri hesabına maliyyələşdirilir.”   Bu arada sədr təklif edib ki, bu xərclər dövlətin bələdiyyələrə ayırdığı dotasiya hesabına ödənsə daha məqbul sayıla bilər. Düşünmək olar ki, düzəlişə bu əlavənin edilməsi  daha məqsədəuyğun sayıla bilər.

Belediyye.info

Rəylər

1 Rəy

Əli Vəliyev Hüseyn oğlu

23-05-2025, 3 həftə əvvəl

Bu olduqca vacib bi məsələdir və bələdiyyələrin inkişafı ilə bərabər yerli sakinlərin də baza sistemi olacaq.

Cavabla

Rəy yaz

Oxşar xəbərlər