Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-02-2024 , 09:20

3422

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyə sədri üçün özəl gün

Bu gün onun günüdür. O insanın ki,  1999-cu ildə  ilk bələdiyyə seçkilərinə qatılaraq bələdiyyə üzvü, sonra isə sədri seçilmiş və Binəqədi Bələdiyyəsinin formalaşmasına öz layiqli töhfəsini vermişdir.

2019-cu ildən yenidən  bələdiyyə üzvü və sədr seçilməsi isə onun üçün  gözlənilməz deyildi. Çünki bələdiyyə sistemini beş barmağı kimi bildiyindən bələdiyyənin  əvvəlki illərdə üzləşdiyi problemləri az bir zaman kəsiyində düzəltməyi bacarmış və fəaliyyətiylə ölkə bələdiyyələri sırasında həm fəaliyyətinə, həm də büdcə gəlirlərinə görə Binəqədi Bələdiyyəsinin birinci beşlikdə yer almasına nail olmuşdur. Onun niyyətində olduğu layihələri özünün formalaşdırdığı kollektivin layiqincə həyata keçirməsi isə  alqışa layiqdir.

Göründüyü kimi, söhbət Binəqədi Bələdiyyəsinin sədri Mürsəl Eminovdan gedir.

Bu gün  Binəqədi Bələdiyyəsinin əldə etdiyi nailiyyətlərdə böyük zəhməti olan Mürsəl Eminov yeni yaşına qədəm qoyur.

M.Eminov fəaliyyəti dövründə bələdiyyə ilə bağlı olan, bələdiyyənin inkişafı, statusu, hüquqi məsələləri də daxil olmaqla, öz fikirləri ilə bir çox məsələlərin həlliylə bağlı konkret təkliflərlə çıxış etmişdir.

Məhz Mürsəl Eminovun bacarığı və təşkilatçılığı ilə Binəqədi Bələdiyyəsi hazırda təcrübəsi yayıla biləcək bir səviyyəyə çatıb.

Mürsəl Seyfulla oğlu Eminovu təbrik edir, dəyərli ağsaqqala sağlıqlı ömür arzulayır, bundan sonra da ölkə bələdiyyələrinin inkişafına daha böyük töhfələr verməyi arzu edirəm.

Vüqar Tofiqli 


Rəylər

1 Rəy

Səbail Bələdiyyəsi

23-02-2024, 2 il əvvəl

Yeni dövrdə dövlətçilik ənənələrinin qorunub saxlanılmasında fəaliyyət göstərən Ulu Öndər Heydər Əliyev siyasi kursuna sadiq və Cənab Prezident İlham Əliyevin siyasətini dəstəkləyən, hörmətli Binəqədi Bələdiyyəsinin sədri Mürsəl Eminovu Səbail Bələdiyyəsi sədri Hacı Əliyev başda olmaqla bütün bələdiyyəmizin üzv və əməkdaşları adından onu doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona sağlıqlı uzun ömür və bundan sonraki fəaliyyətində uğurlar arzu edirik. Ad gününüz mübarək Mürsəl müəllim!

Cavabla

Rəy yaz

Oxşar xəbərlər

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
418

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
588

Sabiq icra başçısı dünyasını dəyişib

Gündəlik Xəbərlər
15-05-2026
637