Nərimanov bələdiyyəsi növbəti layihəni başa çatdırıb
"Nərimanov bələdiyyəsi vətəndaş məmnunluğunun təmin edilməsi üçün əlindən gələni əsirgəmir"- bu fikirləri Belediyye.infoya adıçəkiən bələdiyyədən məlumat verilib.
Bələdiyyədən bildiriblər ki, sakinlərin müraciətlərinə əsasən rayonun "Şimal şitilliyi" küçəsi 22 ünvanında 130 kv.m əraziyə asfalt salınmışdır.
Cari ildə sakinlərin müraciətlərinə əsasən bələdiyyədə xüsusi proqram hazırlanmış, bələdiyyə iclasında təsdiq edilmiş plana uyğun olaraq ərazidə rayon icra hakimiyyəti tərəfindən aparılan abadlıq-quruculuq işlərinə əlavə olaraq sosial yönümlü bir sıra layihələrin icrası planlaşdırılır.
Belediyye.info
Rəylər
0 Rəy