Ədliyyə orqanlarının 105 illik yubileyi və peşə bayramı münasibəti ilə Bərdə regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Bərdə rayonunda fəaliyyət göstərən yerli ədliyyə qurumlarının əmkdaşlarının iştirakı ilə ağacəkmə aksiyası keçirilib.
Bərdə şəhərinə yaxın ərazidə keçirilən aksiya zamanı müvafiq qurum tərəfindən müəyyən edilmiş ərazidə şam ağacları əkilərək, ağaclara aqrotexniki qulluq göstərilib.