Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-11-2023 , 17:01

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Azərbaycan nümayəndəsi Avropa Şurası Ekspertlər Komitəsinin sədri seçilib

Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda cinayətkarlığa qarşı qəti mübarizə aparılaraq bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir, ölkəmiz Avropa Şurasının Cinayət məsələlərində əməkdaşlığa dair Avropa konvensiyalarının icrası üzrə Ekspertlər Komitəsində (PC-OC) fəal təmsil olunur.

Avropa Şurasına üzv olan və müşahidəçi qismində iştirak edən 50-ə yaxın dövlətin və beynəlxalq təşkilatların ekspertlərinin bir araya gəldiyi Ekspertlər Komitəsi ekstradisiya, cinayət işləri üzrə hüquqi yardım, məhkumların verilməsi və s. haqqında Avropa konvensiyaları üzrə əməkdaşlıq məsələlərini tənzimləyir, təcrübə mübadiləsi aparır, bu sahədə rast gəlinən praktiki problemlərin həllinə və yeni tendensiyalara dair standartlar işləyib hazırlayır və onları qəbul etmək üçün Nazirlər Komitəsinə təqdim edir.

Ölkəmizin Ədliyyə Nazirliyinin nümayəndəsi Komitənin işində aktiv fəaliyyətinə və verdiyi töhfələrə görə, PC-OC-un sədr müavini vəzifəsinə irəli çəkilib, qurumun işinin təkmilləşdirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi prosesində fəallığı ilə seçilərək təşəbbüskarlıq göstərib, işçi qruplarda, sənədlərin hazırlanmasında, o cümlədən Azərbaycan dilinə tərcümə olunmasında yaxından iştirak edib.

Bu günlərdə Komitənin Strasburqda növbəti iclası keçirilərək Cinayət işləri üzrə hüquqi yardım haqqında Avropa Konvensiyasına sorğuların elektron qaydada elektron imza ilə göndərilməsini və onların icrası ilə bağlı konkret müddətlərin müəyyən olunmasını ehtiva edən üçüncü əlavə Protokol layihəsinə dəyişikliklər, üçüncü dövlətlərin həmin Konvensiyaya qoşulması, ekstradisiya və hüquqi yardım üzrə yeni praktikalar, habelə Komitənin mandatında olan digər məsələlər müzakirə olunub, ekstradisiya sahəsində təcrübə mübadiləsi aparılıb.

Tədbir çərçivəsində PC-OC-un rəhbərliyinə Avropa Şurası üzv dövlətlərdən namizədlər sırasından səsvermə yolu ilə yeni seçkilər keçirilib. Gərgin rəqabət şəraitində keçən seçkilərdə Azərbaycanın Komitədə səmərəli təmsilçiliyi, təşəbbüskarlığı nəzərə alınaraq, Ədliyyə nazirliyi Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov Komitənin sədri vəzifəsinə seçilib.

Ölkəmizin belə bir mühüm qurumun rəhbərliyində yüksək səviyyədə təmsil olunması dövlətimizin beynəlxalq aləmdə artan nüfuzunun daha bir əyani təzahürüdür.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Fərid Əhmədova 2 yeni müavin təyin edildi

Gündəlik Xəbərlər
09-09-2024