Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-09-2023 , 09:43

5457

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin növbəti görüşü  Zaqatala rayonunda baş  tutub

“Zaqatala bələdiyyələri fəaliyyətlərində hər daim  icra hakimiyyətinin dəstəyini hiss edir” - bu fikirləri Zaqatala bələdiyyəsinin sədri Nurəli Əhmədov “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin bələdiyyə sədrlərinin iştirakıyla keçirilən görüşündə bildirib.

Sədr bildirib ki, hər bir bələdiyyədə ətraf mühitin qorunmasıyla bağlı komissyalar fəaliyyətdədir. Onlara edilən müraciətlər iclaslarında müzakirə edilərək mütəmadi  olaraq bələdiyyə iclasına çıxarılaraq  qərarlar qəbul edilir. Lakin bir çox hallarda bələdiyyə maliyyə sarıdan əziyyət çəkdiklərindən qaldırılan problem anındaca öz həllini tapa bilmir. 

Büdcə gəlirlərinin səviyyəsinə görə, 23 rayon bələdiyyəsi qonşu rayonlardan müsbət mənada  xeyli fərqlənir. Bu gün bələdiyyə-icra münasibətlərində problem olmasa da, bələdiyyə-ekologiya  münasibətlərində ciddi problemlər qalmaqdadır. Ancaq bələdiyyələr ruhdan düşmür və fəaliyyətlərini davam etdirərək,  büdcə gəlirlərini artırmaqla, qarşılaşdıqları problemlərin həllinə çalışır. 

Qeyd edək ki, cari ilin iyul ayının birindən etibarən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən   “Ətraf mühitin qorunması istiqamətində bələdiyyələrin fəaliyyətinin artırılması” layihəsi çərçivəsində növbəti görüşü Zaqatala  bələdiyyələrinin iştirakıyla baş tutub.

Mədəniyyət Mərkəzində Zaqatala RİH-in təşkilatçılığı ilə keçirilən görüşdə  Zaqatala rayon İcra Hakimiyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin,  Şəki regional ədliyyə idarəsinin,  Ekologiya və Təbii ehtiyatlar Nazirliyinin 7 saylı Şəki regional idarəsinin məsul vəzifəli şəxsləri, habelə rayonda formalaşan 23 bələdiyyənin sədri iştirak edib.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Cəfərov mövzu ilə əlaqəli  çıxış edərək layihə çərçivəsində bundan əvvəl Oğuz, Şəki, Qax rayon bələdiyyələrinin iştiakıyla görüşlərin keçirildiyini qeyd edib. Çıxışında təşkilat sədri layihə çərçivəsində keçirilən görüşlərin əhəmiyyətindən danışaraq, Şəki şəhər bələdiyyəsi istisna olmaqla, Oğuz, Qax və Zaqatala şəhər bələdiyyələri bu görüşlərə göstərdikləri dəstəkdən məmnun qaldığını bildirib. 

Qobal istiləşmə hazırda dünya ölkələrinə ciddi problem yaratmaqdadır. Bu  problemlə ölkəmizdə üz-üzə qalıb. Belə bir məqamda bələdiyyələr sözünü deməli, konkret addımları atmaqla  dəstəklərini göstərməlidirlər. Çıxşında layihə rəhbəri Zaqatala bələdiyyələrinin maliyyə durumundan, onların qarşılaşdıqları problemlərdən, əldə etdikləri uğurlardan habelə, ətraf mühitin mühafizəsiylə bağlı görülən işlərdən danışıb.  Birlik sədri qeyd edib ki, bələdiyyə sədrlərinə “cərimə kəsməmiş” müvafiq mərkəzi icra orqanları maarifləndirməyə ciddi diqqət yetirməlidirlər. 

Görüşdə Zaqatala rayon İcra Hakimiyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi baş məsləhətçisi Valeh Qazilov, Şəki regional ədliyyə idarəsinin baş məsləhətçisi Nərminə Əzizova,  Ekologiya və Təbii ehtiyatlar Nazirliyinin  Şəki regional idarəsinin baş məsləhəçisi Dilşad Camalova  mövzu ilə bağlı öz fikir və mülahizələri bildiriblər. 

Görüşdə Zaqatala bələdiyyələrinin sədrləri mövzu ətrafında öz fikir və mülahizələrini bölüşüblər.    

Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin “Ətraf mühitin qorunması istiqamətində bələdiyyələrin fəaliyyətinin artırılması” layihəsi çərçivəsində müvafiq mərkəzi və yerli icra hakimiyyəti  orqanlarının iştirakıyla  Oğuz,  Şəki, Qax və Zaqatala  bələdiyyələrinin sədrləriylə görüşlər keçirilmişdir. 

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Hər üç görüşdə diqqətimi çəkən əsas məqam...

Gündəlik Xəbərlər
24-04-2025
191

Cərimə edilən sırasında bələdiyyədə də var 

Gündəlik Xəbərlər
21-04-2025
395

Bələdiyyələr niyə hesabat verə bilmirlər...

Gündəlik Xəbərlər
11-04-2025
1081

Eldar Əzizovu fərqləndirən əsas cəhət


Gündəlik Xəbərlər
09-04-2025
515

Nazir  Şəkidə vətəndaşları qəbul edib

Gündəlik Xəbərlər
07-04-2025
505

Bu rayonlarda  da bələdiyyələr formalaşdırılıb?

Gündəlik Xəbərlər
07-04-2025
564

Nizami bələdiyyəsində görüş keçirilib

Gündəlik Xəbərlər
10-03-2025
711