Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-08-2023 , 21:37

Son xəbərlər

Bütün xəbərlər

"Məhv olmuş ömür. Narkotikə YOX de!” 

Gündəlik Xəbərlər
04-10-2023

Yasamal rayonunda Anım Günü qeyd   edilib

Gündəlik Xəbərlər
29-09-2023

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Abdulla Məmmədov: "Zığ bələdiyyəsinin əsas vəzifəsi bələdiyyənin büdcə gəlirlərini artırmaqla şəhid və qazi ailələrinə göstərilən diqqətin səviyyəsini artırmaqdır"

“Tariximizə qızıl hərflərlə yazılmış Vətən müharibəsindən sonrakı bərpa tədbirləri ilə yanaşı, hərbi əməliyyatlardan zərərçəkmiş insanlara, xüsusən də şəhid ailələrinə, qazilərə hərtərəfli qayğı Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir”- bu fikirləri Belediyye.infoya Suraxanı rayonu Zığ bələdiyyəsinin sədri Abdulla Məmmədov bildirib.

Sədrin sözlərinə görə, bu sahədə həyata keçirilən tədbirlərə Zığ bələdiyyəsi də  sistemli şəkildə öz dəstəyini göstərməklə, həm də bir sıra tədbirlər həyata keçirilməkdədir.

Vətən Müharibəsi zamanı torpaqlarımızın azad olunmasında qəhrəmanlıq göstərmiş şəxslərə və onların ailə üzvlərinə Zığ bələdiyyəsində xüsusi diqqət, qayğı ilə yanaşılır, bu istiqamətdə yeni sosial dəstək proqramları həyata keçirilir.

Hazırda Zığ bələdiyyəsinin əsas vəzifəsi bələdiyyənin büdcə gəlirlərini artırmaqla şəhid və qazi ailələrinə göstərilən diqqətin səviyyəsini artırmaqdır.

Qeyd edək ki, Zığ qəsəbəsində  19 şəhid və 17 qazi ailəsi yaşayır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

"Məhv olmuş ömür. Narkotikə YOX de!” 

Gündəlik Xəbərlər
04-10-2023

Yasamal rayonunda Anım Günü qeyd   edilib

Gündəlik Xəbərlər
29-09-2023

Səbail rayonunda Anım günü qeyd edilib

Gündəlik Xəbərlər
28-09-2023