Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-08-2023 , 20:29

9664

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Təmraz Tağıyev: “Şəhid və qazi ailələrinə maddi və mənəvi dəstəyin göstərilməsi Nərimanov bələdiyyəsinin hər bir üzvünün əsas vəzifəsidir”


“Nərimanov bələdiyyəsində rayon sakini olan bir qrup qazi və şahid ailəsinin üzvləriylə növbəti görüş keçirilib”- bu barədə Belediyye.infoya məlumatı adıçəkilən bələdiyyənin və Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyev bildirib.

Təmraz Tağıyev  şəhid və qazi ailələriylə görüşdə  Vətən müharibəsi dövründə torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin  əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildirib.

Sədr bildirib ki, şəhid və qazi ailəsinin üzvləri hər zaman dövlətin və bələdiyyənin diqqətindədir.  Şəhid və qazi ailələrinə maddi və mənəvi dəstəyin göstərilməsi bu gün hər bir bələdiyyə üzvünün və qulluqçunun əsas vəzifəsidir. Odur ki, hər bir bələdiyyə maliyyə imkanları daxilində sosial layihələrin keçirilməsini diqqətdə saxlamalı, bununla bağlı yerli büdcəni tərtib edərkən bu istiqamətdə maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutmalıdırlar.  

Görüşdə şəhid və qazi ailələriylə bağlı bələdiyyənin həyata keçirdiyi layihələr barəsində fikir bildirilmiş və növbəti aylarda həyata keçiriləcək layihələr ətrafında fikir mübadiləsi aparılaraq  bələdiyyə iclasında müzakirə edilməsi qərara alınmışdır. 

Görüşdə iştirak edən şəhid, qazi və aztəminatlı ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Pezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, bu günədək beş nəfər şəhid ailəsinin üzvü  Nərimanov bələdiyyəsində daimi işlə təmin edilmiş, 31 nəfər şəhid və qazi ailəsinə aylıq olaraq maddi dəstək göstərilir. Bununla yanaşı yeddi nəfər şəhid ailəsinin övladına aylıq təqaüd verilir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Cari ildə bələdiyyələrə subvensiya niyə ayrılmadı?

Gündəlik Xəbərlər
21-12-2025
736

Geriyə baxanda... 

Gündəlik Xəbərlər
17-12-2025
861

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
772

İdarətemədə isalahatlar nəyi dəyişəcək? 

Gündəlik Xəbərlər
14-12-2025
833

Ədliyyə naziri Bərdə şəhərində qəbul keçirib

Gündəlik Xəbərlər
08-12-2025
749

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
905

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
1223