Səyyar qəbul bu dəfə müəyyən gərginliklə müşaiyət olunsa da....
Bu dəfə Sabunçu RİH başçısı Adil Vəliyevin Ramana qəsəbəsində keçirdiyi səyyar qəbulda iştirak etdim. Səyyar qəbul gözləmədiyim halda müəyyən gərginliklə müşaiyət olunsa da siyasi rəhbər çox ustalıqla və ən əsası hər hansı siyasi səhvə yol vermədən vəziyyətdən çıxmağı bacardı.
Ötən dəfə Balaxanı qəsəbəsində keçirilən görüşdəki kimi müəyyən hazırlqlar olsa da, amma ekspromt vəziyyətlər nəzərdə tutulduğundan çox oldu.
Hər halda qanunsuz tikintilərlə bağlı icra başçısnın konkert cavabı alqışa layiqdir.
Üstəlik görüşdə bələdiyyə sədri də iştirak etsə də onunla bağlı hər hansı formada olsa da belə, fikrin səsləndirilməməsi və ən əsası bələdiyyəni hansısa tapşırıqla yüklənməmsi hər halda məqbul sayıram. Və bu bələdiyyəni diqqətdən kənarda saxlamaq kimi başa düşülməməlidir. Yəni məhz siyasi rəhbərin qətiyyəti sayəsində bu gün Ramana bələdiyyəsi özünə inzibati bina inşa etməkdədir.
Beləliklə, görüş bir daha təsdiq edir ki, əslində səlahiyyətsiz vəziyyətdə qalsalar da belə, bacarığı və təcrübəsi olan siyasi rəhbərlər müəyyən problemləri həll etmək iqtidarındadır, Adil Vəliyev kimi.
Səyyar görüşlərdə iştirakım davam edir.
P.S. Səyyar görüş barəsində daha ətraflı növbəti yazı da.
Vüqar Tofiqli