Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-08-2023 , 17:13

5963

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

2 milyonluq torpağı ələ keçirməkdə ittiham olunurdu - Bəraət aldı

Səbail bələdiyyəsinin sabiq sədri Əhməd Hüseynovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Məhəmməd Əkbərovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamlar sübuta yetirilməyib. Bu əsasla Ə.Hüseynova bəraət verilib.

Prokuror ona 5 il həbs cəzası tələb etmişdi.

Qeyd edək ki, Əhməd Hüseynov qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və bələdiyyəyə məxsus, ümumilikdə 1 milyon 824 min manat dəyərində torpaq sahələrini ələ keçirməyə cəhd etməkdə, habelə rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 29.178.4-cü (xüsusilə külli miqdarda dələduzluğa cəhd), 309.1-ci (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı), 320.1-ci (saxta sənəd hazırlama və ya ondan istifadə etmə) və 326.1-ci (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə ittiham irəli sürülüb. Ə.Hüseynov həbsdə deyildi, onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdi.

https://qafqazinfo.az/news/detail/2-milyonluq-torpagi-ele-kecirmekde-ittiham-olunurdu-beraet-aldi-408796


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub

Gündəlik Xəbərlər
09-05-2025
622