Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-08-2023 , 16:43

7755

Son xəbərlər

Bütün xəbərlər

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Orxan Adıgözəlzadə: “Bu gün əsas məqsədimiz Sumqayıt bələdiyyəsində vergi-uçot sistemini təkmilləşdirməkdir”

“Hazırda Sumqayıt şəhərində 70 minə yaxın mənzilin çıxarışı var. Onlardan yalnız bu günədək 23 mini haqqında məlumat BAMS-a (Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sisteminə) otuzdurulub”- bu fikirləri Belediyye.infoya Sumqayıt bələdiyyəsinin sədrinin vəzifəsini icra edən Orxan Adığözəlzadə bildirib.

O.Adıgözəlzadənin sözlərinə görə, son üç ay ərzində bələdiyyənin vergi xidmətinin səyi ilə bu rəqəm 27 mini keçib.  Vergi xidmətinin qarşısında qoyulan əsas tapşırıq bu gün məhz 69 min çıxarış sahibi haqqında bilgiləri BAMS-a yerləşdirməkdir. Məlumat bazasını tam otuzdumuş olsaq, onda bələdiyyəyə daxil olacaq vəsaitin də həcmini daha dəqiq şəkildə öyrənə biləcək və fəaliyyətimizi də məhz bu istiqamətdə qura biləcəyik.

Bələdiyyədə qeydiyyata düşməyən mənzillər sırasında yeni tikililərdəki mənzil sahibləri üstünlük təşkil edir. Bu günlərdə bələdiyyənin inzibati binasında MTK rəhbərləri ilə görüşlər keçirilmişdir.  Çalışacağıq ki, az müddət ərzində bu hədəfə çataq.

Qeyd edək ki, Adıgözəlzadə Orxan Elşad oğlu Sumqayıt şəhərində anadan olub və 15 nömrəli məktəbdə təhsil alıb. 44 günlük Vətən müharibəsi başlayanda Sumqayıt bələdiyyəsinin üzvü olaraq döyüşlərdə könüllü olaraq iştirak edib və Xocavəndin, Füzulinin və Şuşanın azad olunmasına görə medallarla təltif olunub.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub

Gündəlik Xəbərlər
09-05-2025
622