Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-08-2023 , 21:01

5877

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

 Sahil  Bələdiyyəsi vergi ödəyiciləri ilə sıx əlaqə yaradılması məqsədilə

Sahil bələdiyyəsinin 2023-cü ilin yarımillik hesabatı

Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi  münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 sentyabr 2022-ci il tarixdə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında imzaladığı sərəncam cəmiyyət tərəfindən hədsiz sevinclə qarşılanır, dünya miqyaslı siyasət və dövlət xadiminin dövlətçilik ənənələrimizin dirçəldilməsi, yaşadılması və bərpa edilməsi sahəsində misilsiz xidmətlərinə, çağdaş tariximizdə

tutduğu müstəsna mövqeyinə, xalqımızın və dövlətimizin qədirbilən münasibətinin parlaq təcəssümü kimi qiymətləndirilir.

Öz işini günün tələbləri səviyyəsində qurmağa çalışan Sahil bələdiyyəsi əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, rifah halının yüksəldilməsi sahəsində bir sıra tədbirlər həyata keçirtmişdir.Beləki hesabat dövründə  “Heydər Əliyev ili” çərçivəsində Qaradağ Rayon İcra Hakimiyyəti ilə birlikdə ağacəkmə aksiyaları həyata keçirilməsində iştirak etmiş, 26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə  Holcim ASC-nin  dəstəyi ilə 15 şəhid ailəsinin hər birinə  200 manat, 80 veteran ailəsinin hər birinə 100 manat dəyərində kupon paylanılmışdır. Xalqımızın qürur yeri olan bu ailələrə hər zaman diqqət və qayğı ilə yanaşılır, onları narahat edən problemlərin həllinə  köməklik göstərilir.

Hesabat dövründə Sahil bələdiyyəsi tərəfindən 12 ümumi iclas keçirilmişdir.

Müzakirə edilmiş məsələlər sırasında Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzindən daxil olmuş tövsiyyə məktubları, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyindən rəylə bağlı daxil olmuş məktublar,  sosial, maliyyə məsələləri və vətəndaşların müraciətləri və s. olmuşdur.

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə göndərilmişdir.

Bələdiyyənin büdcəsinə daxilolmalar AR Nazirlər Kabinetinin Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.

Vergilərin ödənilməsindən yayınanlara xəbərdarlıq məktubları göndərilmişdir.

Hesabat dövründə bələdiyyə büdcəsinə  37.780  manat daxil olmuşdur.

O cümlədən:

fiziki şəxslərdən torpaq vergisi –   9500  manat;

fiziki şəxslərdən əmlak vergisi –   28.280   manat;

Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlər üzrə xərclənmişdir:

Bələdiyyə qulluqçularının əmək haqqısının ödənilməsinə - 26045 manat; 

Bələdiyyə işçilərinin əmək haqqlarından DSMF-yə ayırmalara-   5376 manat;

Vətəndaşlara verilən maddi yardımlar –  800  manat;

Kommunal ,telefon xidmət haqqına -783manat

Dəftərxana ləvazimatlarının alınmasına – 100 manat;

İdarənin sair xərclərinə-1426 manat

Audit xidmətinin göstərilməsinə -2000 manat

Assosiasiya aylıq üzvlük haqqına-1250 manat

Hesabat dövründə ayrı-ayrı təşkilatlardan daxil olmuş 49 məktub, 6 yazılı müraciətə, digər sənədlərə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.

Bələdiyyədə hesabat dövründə 430 vətəndaş, o cümlədən şəxsən sədr tərəfindən  190 vətəndaş qəbul edilmişdir.

 Bundan sonra da  qəsəbə sakinlərinin ərizə və müraciətlərinə qanuna uyğun baxılması təmin  ediləcəkdir.

Qaradağ  rayon  Sahil  Bələdiyyəsi vergi ödəyiciləri ilə sıx əlaqə yaradılması məqsədilə bələdiyyə hesabatlarının inzibati ərazimizdə yaşayan vətəndaşlara elan, bülleten, internet saytı və.s vaistələrlə çatdırılmasını təmin etmişdir.

Bildiririk ki, bundan sonra da öz maddi və maliyyə vəsaitlərimizdən istifadə etməklə bələdiyyə ərazisinin abadlaşdırılması ,ərazi əhalisinin məişət və sosial mədəni tələbatının ödənilməsi üçün lazımi tədbirlər həyata keçiriləcəkdir.

E.Əliyeva

Qaradağ rayonu Sahil bələdiyyəsinin sədri                                              

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub

Gündəlik Xəbərlər
09-05-2025
622