Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-07-2023 , 13:39

6352

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Rəhman Məmmədov: "Bələdiyyə sədrləri barəsində 23 inzibati xəta protokolu tərtib edilərək məhkəmələrə göndərilib"


“2023-ci ilin birinci yarısında Ədliyyə nazirliyi tərəfindən ötən ilin eyni dövrü ilə müqayisədə 22% çox - 49 mindən artıq bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib və aktların 95%-i qanunvericiliyin tələblərinə uyğun hesab edilib”- bu fikirləri Ədliyyə Nazirliyinin  Bələdiyyələrlə iş Mərkəzinin rəisi Rəhman Məmmədov  qurumun altıaylıq fəaliyyətinə həsr olunmuş yığıncaqda bidlirib.

Mərkəz rəisinin sözlərinə görə, qanunvericiliyin tələblərinə zidd olan bələdiyyə aktlarının ləğv və ya dəyişdirilməsi məqsədilə mərkəz və regional idarələr tərəfindən  2.200-ə yaxın təklif verilib.

Bələdiyyə aktlarının inzibati nəzarət orqanına Bələdiyyələrlə iş portalı vasitəsilə elektron göndərilməsi müddət pozuntusunun qarşısının alınmasına öz müsbət təsirini göstərdiyini bildirən mərkəz rəisi qeyd edib ki, bununla bağlı inzibati məsuliyyətə cəlb olunan bələdiyyələrin vəzifəli şəxslərin sayının azalma tendensiyası davam edib. Nazirlik tərəfindən bələdiyyə sədrləri barəsində 23 inzibati xəta protokolu tərtib edilərək məhkəmələrə göndərilib. İnzibati nəzarət icraatı qaydasında aparılmış araşdırmalar zamanı 17 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib.

Bununla bağlı ayrı-ayrı bələdiyyələrə müxtəlif məsələlər (vətəndaş məmnunluğunun yüksəldilməsi, bələdiyyə aktlarının qəbulu, debitor və kreditor borclarının dəqiq uçotunun aparılması, vergi və ödənişlərin toplanılmasında nəzarətin gücləndirilməsi, yerli büdcə layihəsinin müzakirəsi və təsdiqi, büdcə vəsaitlərindən istifadə, yerli vergilərin hesablanması, bələdiyyə torpaqlarının idarə olunması, şəffaflığın təmini ) ilə bağlı 50% çox – 8.400-dən artıq tövsiyə göndərilib.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub

Gündəlik Xəbərlər
09-05-2025
622