Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-07-2023 , 10:15

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyə sədri: “Sabiq vergi müfəttişinin saxta sənədlərlə vergi toplaması barədə məlumatı müvafiq orqanlara verilib”

Şağan bələdiyyəsinin sədri Sevinc Atayevanın Belediyye.infoya verdiyi açıqlamasında  bildirir ki,  artıq bir neçə dəfədir əhalidən qeyri-qanuni yolla vergi yığımı halları ilə rastlaşırıq. Dəfələrlə vergi ödəyicilərimizdən  bu barədə məlumatlar daxil olmaqdadır.

Adını hələlik çəkmək istəmədiymiz bələdiyyənin keçmiş əməkdaşı  köhnə bildirişləri skan olunmuş imza və möhürlə əhalidən vergi toplayır. Bu yolla yığılan pullar idarədə işlədiyi dövrdə də hesaba köçürülməyib. Hətta vergi adı ilə pul aldığı vətəndaşlardan bəzilərinin adı Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemində yoxdur. Dələduzluqla məşğul olan bu şəxs haqqında lazımi orqanlara məlumat verilib.

Bununla əlaqədar vətəndaşlara bildirmək istəyirəm ki, özünü və ya vəsiqəsini təqdim etməyən insanlara nəqd pul verməsinlər. Vergini poçt, ödəmə aparatları və ya onlayın ödəsinlər. Həmçinin  qarşılaşdıqları neqativ hallarla əlaqədar bələdiyyəyə məlumat versinlər.

 Əlaqə nömrəmiz: (012)459-89-86 

 Diqqətinizə görə minnətdarıq!

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Fərid Əhmədova 2 yeni müavin təyin edildi

Gündəlik Xəbərlər
09-09-2024