Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-07-2023 , 16:04

2876

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Paytaxtda zeytun ağaclarının müalicəsinə başlanılıb

Paytaxtımız Bakı şəhərində uzun illərdir ki, çoxsayda zeytun ağaları əkilib və bu həmişəyaşıl ağaclar şəhərimizə xüsusu gözəlliyik verir. Lakin bir müddətdir ki, şəhərin müxtəlif ərazilərindəki zeytun ağaclarında naməlum xəstəlik aşkarlanıb, bu da bəzi ağaclarda quruma və saralmalara gətirir.

Dövlət qurumlarını, ictimaiyyəti və sakinlərimizi narahat edən bu məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir, qurumun tapşırığına uyğun olaraq şəhərin bütün ərazisində zeytun ağaclarının vəziyyətinin araşdrılması aparılır. Xüsusi olaraq İsraildən dəvət edilən bitkiçilik üzrə mütəxəssis, aqronom Qabriel Eliazz hazırda Bakıdadır və yerli mütəxəssislərlə birlikdə paytaxtın müxtəlif ərazilərində mövcud zeytun ağaclarının vəziyyəti araşdırılır, xəstə ağacların müalicəsi ilə bağlı tədbirlərə başlanılıb.

Qabriel Eliazzisin bildirdiyinə görə əsas etibarı ilə qlobal iqlim dəyişiklikləri səbəbindən baş verən bu hal demək olar ki, bütün dünyanı bürüyib. Dünyanın aparıcı zeytun istehsalçılarından olan İtaliya, İspaniya, Yunanıstan, qardaş Türkiyədə xeyli zeytun ağacı xəstəlik səbəbindən məhv olub. O, bildirib ki, Bakı meriyası   tərəfindən görülən qabaqlayıcı işlər bi xəstəliyin geniş yayılmasının qarşısını alıb. Zeytun ağaclarında müşahidə edilən xəstəliklərin aradan qaldırılması məqsədilə müxtəlif müalicə üsulları tətbiq olunur, ağaclara gübrə verilir, onlara xüsusi kimyəvi tərkibli dərmanlar olan ampulalarla inyeksiya edilir və quruyan budaqları budanır. Yoluxan ağacların budaqlarının və quruyan yarpaqların budanması digər ağaclara yayılmasının qarşısının alınması məqsədi ilə edilir.

Həmçinin bildirilib ki, əvvəlki vaxtlarda cavanlaşdırma məqsədi ilə budanan ağaclara xəstəlik demək olar ki, təsir etməyib və mövsüm zamanı zeytun ağaclarında cavanlaşdırıcı budama işlərinin aparılması vacib şərtlərdəndir.


 Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidməti



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026
580

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
433

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
409

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
319

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
488

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
317

Qaradağın icra başçısı vəzifəsindən azad edildi

Gündəlik Xəbərlər
30-01-2026
470

Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ

Gündəlik Xəbərlər
28-01-2026
676