Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-06-2023 , 13:32

4171

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Elmira Əliyeva: “Sahil bələdiyyəsinin üzv və  qulluqçuları  seçicilərinə xidmət göstərməkdən hər zaman məmnunluq duyurlar”

“Sahil bələdiyyəsi qəsəbə ərazisində olan şəhid, qazi və müharibə iştirakçılarının ailələrinə daim diqqət və qayğı göstərməyi unutmur”- bu fikirləri Belediyye.infoya Qaradağ rayonu Sahil qəsəbə bələdiyyəsinin sədri Elmira Əliyeva bildirib.

Sədrin sözlərinə görə,  Sahil bələdiyyəsinin əsas fəaliyyət istiqamətlərindən biri əldə etdiyi maliyyə vəsaitiylə bu qrupa aid olan ailələrin sosial  məişət qayğılarının həllinə yönəlib. Bununla yanaşı  bələdiyyə ərazisindəki aztəminatlı ailələri də unutmur.

Qaradağ RİH-in təşəbbüsü və Sahil bələdiyyəsinin təşkilatçılığı ilə “Silahlı Quvvələr” günü münasibətiylə “Holcim (Azərbaycan)” ASC-nin dəstəyi ilə  15 şəhid ailəsinə 200 manat, 80 qazi və iştirakçı ailəsinə isə 100 manat dəyərində kupon paylanılmışdır.

Bununla yanaşı 26 iyun tarixində müəssisənin qarşısında Şəhidlərin xatirəsinə  ucaldımış abidə ziyarət olunmuş, önünə gül dəstəsi qoyulmuş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sədrin sözlərinə görə, Qurban bayramı ərəfəsində hər bir şəhid və qazı ailəsinin üzvləriylə görüş keçirilərək kuponlar təqdim edilmişdir.

Sədr sonda bildirib ki, Sahil bələdiyyəsinin üzv və  qulluqçuları  seçicilərinə xidmət göstərməkdən hər zaman məmnunluq duyurlar.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub

Gündəlik Xəbərlər
09-05-2025
622