Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-06-2023 , 21:59

5204

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Siyəzəndə cərimə edilənlər arasında  bələdiyyə sədri da var

.Siyəzəndə bələdiyyə sədri cərimələnib.

Daxili İşlər Nazirliyindən (DİN) "Report"a bildirilib ki, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyunun 20-də Siyəzən rayonu ərazisində keçirdikləri tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması və içməli, məişət, texniki və tullantı sularının kənara təyinatsız axıdılması faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması) və 262.2.3-cü (içməli, məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə) maddələrinin tələblərini pozduqlarına görə Zarat kənd bələdiyyəsinin sədri və 4 rayon sakini barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

https://report.az/hadise/siyezende-etraf-tullantilara-gore-belediyye-sedri-cerimelenib/

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub

Gündəlik Xəbərlər
09-05-2025
622