Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-05-2023 , 21:39

7950

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Dörd ay ərzində 15436 fərdi yaşayış evi qeydiyata alınıb - Əmlak Məsələləri Dövlət Xidməti maraqlı rəqəmləri açıqlayıb

2023-cü ilin ilk 4 ayı ərzində 179.416 daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 66,8% çoxdur.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyət və kəmiyyətində müsbət dinamika müşahidə olunur.

2023-cü ilin yanvar-aprel ayları ərzində 179.416 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 66,8% çoxdur.

Cari ilin ilk 4 ayı ərzindəki göstəricinin 27.980-i (15,6%) ilkin, 151.436-sı (84,4%) isə təkrar qeydiyyatın payına düşüb. Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-aprel aylarında ilkin qeydiyyat 6,2% artıb. 

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakların sayı 2023-cü ilin ilk 4 ayı ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 15.623-ü fərdi yaşayış və bağ evi, 29.834-ü mənzil, 130.282-si torpaq sahəsi, 1015-i qeyri-yaşayış binası, 2409-u qeyri-yaşayış sahəsi, 213-ü əmlak kompleksi, 40-ı isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 30.829-u Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.

Bu ilin ilk 4 ayında 149.541 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə, ötən ilin eyni dövrü ilə müqayisədə 76,2% çoxdur. 2023-cü ilin yanvar-aprel ayları ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,1% artaraq 24.769 olub.

 Əmlak Məsələləri Dövlət Xidməti 15436 fərdi yaşayış evini qedyiyata alıb.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026
610

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
470

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
439

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
345

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
518

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
342

Qaradağın icra başçısı vəzifəsindən azad edildi

Gündəlik Xəbərlər
30-01-2026
505