Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-05-2023 , 20:10

5353

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Vətəndaş cəmiyyəti nümayəndələrinin qardaş Türkiyəyə işgüzar səfərdədir

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə vətəndaş cəmiyyəti nümayəndələrinin qardaş Türkiyəyə işgüzar səfəri çərçivəsində Türkiyə Respublikasının Vəqflər Baş İdarəsində növbəti görüş keçirilib.

Türkiyə Respublikasının Vəqflər Baş İdarəsinin müdiri Sinan Aksu Azərbaycan nümayəndə heyətini salamlayıb, qurumun fəaliyyəti haqqında məlumat verib. Qurum olaraq Azərbaycanla sıx əməkdaşlığa, birgə fəaliyyətə daim önəm verdiyini bildirən S.Aksu Vəqflər Baş İdarəsi və Agentlik arasında işgüzar münasibətlərin daha da inkişafına ehtiyac olduğunu bildirib. Çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya sektorunun məsul əməkdaşı Əli Pənahov Azərbaycan və Türkiyə Respublikalarının dostluğundan, tarixi əlaqələrin inkişafından bəhs etmiş və bu qardaşlığın bütün sahələrdə olduğu kimi vətəndaş cəmiyyəti ilə münasibətlərdə də daim ön planda olduğunu bildirmişdir. Daha sonra Agentliyin İcraçı direktoru Aygün Əliyeva səmimi görüş üçün təşəkkür edib, qurumlararası münasibətlərin daha da möhkəmlənməsi və birgə əməkdaşlıq üçün mexanizmin formalaşdırılmasının vacibliyini vurğulayıb.

Görüşdə iştirak edən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri və Vəqflər Baş İdarəsinin əməkdaşlarının da iştirakı ilə müzakirələr aparılıb.

Daha sonra 44 günlük şanlı Vətən müharibəsi şəhidlərinin övladlarının çəkdiyi rəsmlər əsasında hazırlanan hədiyyə Sinan Aksuya təqdim olunub. Sinan Aksu isə Vəqflər Baş İdarəsinin adından xüsusi hazırlanmış Quranı-kərimi Azərbaycan nümayəndə heyətinə təqdim edib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Təsadüfün yaratdığı zəruriət...

Gündəlik Xəbərlər
22-06-2025
863

Gərəkli olmağı bacaran insan  

Gündəlik Xəbərlər
21-06-2025
1061

Tərlan İsmayılov: "Əsas səbəb ondan ibarətdir ki..."

Gündəlik Xəbərlər
16-06-2025
2513

Qarabağın susqun salnaməsi - Kurqanlar

Gündəlik Xəbərlər
14-06-2025
930

"Əsasnamə” təsdiq edilib 

Gündəlik Xəbərlər
11-06-2025
1030

"JEK"lərin xidmət haqqı toplaması qanunidir?

Gündəlik Xəbərlər
10-06-2025
1356