Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-04-2023 , 21:45

5835

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Azərbaycan qlobal antikorrupsiya mübarizəsində fəal iştirak edir

Azərbaycan qlobal antikorrupsiya mübarizəsində fəal iştirak edir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəti siyasi iradəsi ilə ölkəmizdə korrupsiyaya qarşı sərt mübarizə aparılmaqla bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir. Dövlətimiz dünyanın 160 qurumunu birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) təşkilatçılarından biri olmaqla onun işində fəal iştirak edir və rəhbərliyində təmsil olunur.

IAACA-nın iqamətgahının yerləşdiyi Honq-Konqda 25-27 aprel tarixlərində Assosiasiyanın tədbirləri keçirilir. Tədbirlərdə iştirak etmək məqsədilə Azərbaycanın ədliyyə naziri, Assosiasiyanın vitse-prezidenti, eyni zamanda Şərqi Avropa regionu üzrə koordinatoru Fikrət Məmmədov Honq-Konqa səfər edib.

Səfər zamanı IAACA-nın Prezidentinin, ölkəmizin ədliyyə nazirinin və digər rəsmi şəxslərin iştirakı ilə Assosiasiyanın yeni ofisinin təntənəli açılışı həyata keçirilib, rəmzi açılışı bildirən lent kəsilib, bina ilə tanışlıq olub.

Sonra yeni ofisdə IAACA-nın rəhbər orqanı – İcraiyyə Komitəsinin iclası keçirilərək Assosiasiyanın korrupsiya ilə qlobal mübarizədə fəaliyyəti və gələcək perspektivləri, habelə təşkilati məsələlər müzakirə olunub, vitse-prezidentlərin məsul olduğu regionlar üzrə beynəlxalq antikorrupsiya əməkdaşlığının genişləndirilməsi ilə bağlı gördüyü koordinasiya işlərinə dair məruzələr dinlənilib.

Ədliyyə naziri çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı aparılan mübarizə tədbirlərindən, ölkəmizin beynəlxalq antikorrupsiya fəaliyyətində aktiv iştirakından bəhs edib. 

F.Məmmədov Assosiasiya tərəfindən korrupsiyaya qarşı mübarizədə beynəlxalq səylərin gücləndirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılmış regional koordinasiya mexanizminin səmərəsini qeyd edib, Azərbaycanın təşəbbüsü ilə qısa müddətdə Şərqi Avropa regionu ölkələrinin böyük əksəriyyətinin IAACA-nın işinə cəlb olunduğunu vurğulayıb. 

Bildirib ki, Şərqi Avropa dövlətlərinin antikorrupsiya qurumları və regionda fəaliyyət göstərən beynəlxalq antikorrupsiya şəbəkələri ilə əməkdaşlıq edilir, korrupsiyaya qarşı mübarizə üzrə təcrübə mübadiləsinə dəstək göstərilir, bu məqsədlə birgə treninqlər, beynəlxalq seminarlar təşkil olunur, digər tədbirlər həyata keçirilir. Həmçinin təşkilatın inkişafına dair irəli sürülmüş təkliflər məmnunluqla qəbul olunub.

İclasda Azərbaycanın beynəlxalq antikorrupsiya mübarizəsinə, o cümlədən bu sahədə IAACA-nın səmərəli fəaliyyətinin dünyada geniş təşviqinə və beynəlxalq əlaqələrinin genişləndirilməsi işinə dəyərli töhfələri təqdir olunaraq həyata keçirdiyi tədbirlərə böyük maraq göstərilib.  Tədbir çərçivəsində həmçinin, müxtəlif dövlətlərin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə antikorrupsiya sahəsində əməkdaşlığa dair faydalı danışıqlar aparılıb. 

Səfər zamanı bir sıra digər rəsmi görüşlərin keçirilməsi və məhkəmə-hüquq sistemi ilə tanışlıq nəzərdə tutulur.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Hər üç görüşdə diqqətimi çəkən əsas məqam...

Gündəlik Xəbərlər
24-04-2025
355

Cərimə edilən sırasında bələdiyyədə də var 

Gündəlik Xəbərlər
21-04-2025
437

Bələdiyyələr niyə hesabat verə bilmirlər...

Gündəlik Xəbərlər
11-04-2025
1119

Eldar Əzizovu fərqləndirən əsas cəhət


Gündəlik Xəbərlər
09-04-2025
521

Nazir  Şəkidə vətəndaşları qəbul edib

Gündəlik Xəbərlər
07-04-2025
512

Bu rayonlarda  da bələdiyyələr formalaşdırılıb?

Gündəlik Xəbərlər
07-04-2025
569