Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-04-2023 , 10:25

12681

Son xəbərlər

Bütün xəbərlər

E-Bələdiyyə tətbiqi istifadəyə verildi

Gündəlik Xəbərlər
06-10-2026

Siyasi rəhbərin ilk addımı


Gündəlik Xəbərlər
02-10-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Mehdiabad qəsəbə üzrə nümayəndəsi həbs edilib

Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi həbs edilibMehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi həbs edilib

Belediyye.info “Report"a istinadən xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi həbs edilib. Məlumatda bildirilir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilirki, ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənovun qanunsuz əməlləri ilə bağlı keçirilən əməliyyat-axtarış tədbirləri çərçivəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. İstintaq zamanı Əli Həsənovun Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin tikintisinə icazələrin, müxtəlif məzmunlu arayışların verilməsi və ümumi himayədarlıq müqabilində çoxsaylı vətəndaşlardan rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Əli Həsənova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilməklə, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib. İbtidai istintaq davam etdirilir.

Belediyye.infonun əldə etdiyi məlumata görə, həbs qətimkan tədbiri seçilən Əli Həsənov Abşeron RİH-ə Zakir Fərəcovun icra başçısı vəzifəsində çalışdığı dövrdən rayonda bir sıra məsul vəzifələrdə çalışıb.   Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyinatdan əvvəl isə Digah qəsəbəsində eyni vəzifəni icra edib. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

E-Bələdiyyə tətbiqi istifadəyə verildi

Gündəlik Xəbərlər
06-10-2026
785

Siyasi rəhbərin ilk addımı


Gündəlik Xəbərlər
02-10-2026
537

DSMF borcunu necə "baglayaq"?

Gündəlik Xəbərlər
14-09-2026
352

Sədr yerində olarsa...

Gündəlik Xəbərlər
19-08-2026
914