Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-11-2026 , 19:08

44

Son xəbərlər

Bütün xəbərlər

Ədliyyə nazirliyində videoqəbul keçirilib

Gündəlik Xəbərlər
26-11-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Ədliyyə nazirliyində videoqəbul keçirilib

Noyabrın 26-da Ədliyyə Nazirliyinin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini Abiddin Hüseynov tərəfindən Şirvan, Lənkəran, Bərdə, Gəncə və Xaçmaz regional ədliyyə idarələri ilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbul keçirilib.

Virtual qəbul məntəqələri vasitəsilə keçirilən videoqəbulda Nazirliyin Notariat, qeydiyyat və reyestr baş idarəsi, Tibb baş idarəsi, İnsan resursları idarəsi və Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyət istiqamətləri ilə bağlı 12 vətəndaşın müraciəti dinlənilib, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün qebul@justice.gov.az elektron poçt ünvanına və ya Nazirliyin regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər. 

https://justice.gov.az/az/news/edliyye-nazirinin-muavini-videoqebul-kecirib-18




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sədr yerində olarsa...

Gündəlik Xəbərlər
19-08-2026
1181