Ədliyyə nazirliyində videoqəbul keçirilib
Noyabrın 26-da Ədliyyə Nazirliyinin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini Abiddin Hüseynov tərəfindən Şirvan, Lənkəran, Bərdə, Gəncə və Xaçmaz regional ədliyyə idarələri ilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbul keçirilib.
Virtual qəbul məntəqələri vasitəsilə keçirilən videoqəbulda
Nazirliyin Notariat, qeydiyyat və reyestr baş idarəsi, Tibb baş idarəsi, İnsan
resursları idarəsi və Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyət istiqamətləri
ilə bağlı 12 vətəndaşın müraciəti dinlənilib, vətəndaşlara qanunvericiliyin tələbləri
ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin
görülməsi üçün nəzarətə götürülüb.
Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün qebul@justice.gov.az elektron poçt ünvanına və ya Nazirliyin regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər.
https://justice.gov.az/az/news/edliyye-nazirinin-muavini-videoqebul-kecirib-18
Rəylər
0 Rəy