Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpıb – TƏFƏRRÜAT
Şəki rayonu Oxud kənd bələdiyyəsinin sədrinə xəsarət yetirilib.
Teleqraf-ın
əldə etdiyi məlumata görə, hadisə oktyabrın 30-da axşam saatlarında baş verib.
Kənddə toydan əvvəlki axşam məclisində (“Ciyər axşamı”nda) Şəki
Rayon İcra Hakimiyyəti Başçısının Oxud kəndi üzrə icra nümayəndəsi Oruc Əhmədov
kəndin bələdiyyə sədri Tərlan Səlimovla mübahisə edib. Mübahisə zamanı icra
nümayəndəsi bələdiyyə sədrinin başına şüşə butulka vurub.
Həmin vaxt icra nümayəndəsinin içkili olduğu bildirilir.
Məlumata görə, sərxoş olan icra nümayəndəsi uca səslə
atmacalı sözlər deyib. Bələdiyyə sədri isə icra nümayəndəsinin hərəkətlərinə
irad bildirib.
Bundan qəzəblənən Oruc Əhmədov stolun üstündəki şüşə
butulkanı Tərlan Səlimovun başına çırpıb. Xəsarət alan bələdiyyə sədri xəstəxanaya
müraciət edib və onun başına tikiş qoyulub.
Oruc Əhmədovun qaynı Səhuhi İlyasovun Şəki Rayon İcra
Hakimiyyətində şöbə müdiri işlədiyi bildirilir.
Faktla bağlı rayon hüquq-mühafizə orqanlarında araşdırma başlanıb.
Rəylər
0 Rəy