Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-10-2026 , 10:23

156

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Təmraz Tağıyev: “Regionlarımızın inkişafında hər bir bələdiyyənin özünəməxsus rolu var”

Yeni Azərbaycan Partiyasının (YAP) əsası Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qoyulub. Partiyanın 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis qurultayı Azərbaycanın gələcək inkişafı və qələbələri üçün mühüm zəmin yaradıb. Həmin dövrdə ölkənin taleyinə biganə qalmayan cəsarətli ziyalılar və mütərəqqi insanlar Ulu Öndərin ətrafında birləşərək bu tarixi missiyanın həyata keçirilməsinə öz töhfələrini veriblər.

Bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin təşkilatçılığı ilə keçirilən “Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusunda konfransda Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev səsləndirib. Konfransda Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov da iştirak edib.

Təmraz Tağıyev qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında regionların inkişafına xüsusi diqqət yetirilməsi mühüm əhəmiyyət daşıyır. Son illərdə ölkənin bütün bölgələrində, kənd və qəsəbələrində həyata keçirilən abadlıq və quruculuq işləri Azərbaycanın dinamik inkişafını, yaşayış məntəqələrinin simasının yeniləndiyini aydın şəkildə nümayiş etdirir.

O, Türkiyədən Azərbaycana səfər edən nümayəndə heyətinin təəssüratlarını da xatırladıb. Bildirib ki, Ankara Böyükşəhər Bələdiyyəsi və Keçiörən Bələdiyyəsinin 15 nəfərlik nümayəndə heyəti ölkəmizin bir sıra şəhər və rayonlarında olub. Qonaqlar səfər çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində müşahidə etdikləri abadlıq işlərindən və inkişaf səviyyəsindən məmnunluqlarını ifadə ediblər.

Təmraz Tağıyev vurğulayıb ki, son illərdə bələdiyyələrin fəaliyyəti də əhəmiyyətli dərəcədə təkmilləşib. Onun sözlərinə görə, bələdiyyələr bu gün yerli inkişafın təmin olunmasında, şəhid ailələrinin və qazilərin problemlərinin həllində, eləcə də sosial dəstək tədbirlərinin həyata keçirilməsində fəal iştirak edirlər.

O, aidiyyəti dövlət qurumlarının, Prezident Administrasiyasının bələdiyyələrlə iş sektorunun və Milli Məclisin Regional məsələlər komitəsinin dəstəyinin bələdiyyələrin fəaliyyət imkanlarının genişlənməsinə mühüm töhfə verdiyini bildirib. Qeyd edib ki, hazırda bələdiyyələrin maliyyə və təşkilati imkanları əvvəlki illərlə müqayisədə yaxşılaşıb, onların institusional inkişafı və yerli problemlərin həllində iştirakı daha da güclənib.

Sonda Təmraz Tağıyev regionların davamlı inkişafında hər bir bələdiyyənin özünəməxsus rolu və məsuliyyəti olduğunu vurğulayıb. O, bu istiqamətdə birgə fəaliyyətin gücləndirilməsinin, dövlət qurumları ilə səmərəli əməkdaşlığın və yerli özünüidarəetmə orqanlarının qarşısında duran vəzifələrin bundan sonra da uğurla həyata keçirilməsinin vacibliyini qeyd edib.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sədr yerində olarsa...

Gündəlik Xəbərlər
19-08-2026
965

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026
979

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
916

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Gündəlik Xəbərlər
30-06-2026
1255