“Azərbaycan iqtisadiyyatının investisiya absorbsiyası” kitabının təqdimatı keçirilib
Dünən tanınmış iqtisadçı-ekspert Eldəniz Əmirovun “Azərbaycan
iqtisadiyyatının investisiya absorbsiyası” adlı kitabının Azərbaycan Dövlət
İqtisad Universitetində təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə İqtisad Universitetinin rektoru, millət vəkilləri,
dövlət qurumlarının rəhbər şəxsləri, iqtisadçı və siyasi ekspertlər, ictimaiyyət
və media təmsilçiləri iştirak etmişdir.
Tədbirdə çıxış edənlər kitabda təqdim olunan “investisiya
absorbsiyası” yanaşmasının əhəmiyyətini xüsusi vurğulamış, Azərbaycanın
iqtisadiyyatında hansı sahələrin və hansı həcmdə investisiya qəbul etməyə hazır
olduğu, bu sahələrin real tutumu və mənimsəmə qabiliyyətinin sistemli şəkildə təhlil
edildiyini qeyd etmişlər. Bildirilmişdir ki, əsər ümumi xarakterli nəzəri
yanaşmadan fərqli olaraq, birbaşa yerli və xarici investorlar üçün praktik
istiqamətləndirici mənbə kimi hazırlanmışdır.
Natiqlə vurğulanmışdır ki, kitab investorlara müxtəlif
sektorlar üzrə investisiya imkanlarını, mövcud dövlət dəstəyi mexanizmlərini və
bu imkanlardan istifadə yollarını aydın şəkildə müəyyən etməyə, eləcə də sərmayə
qoyuluşlarının perspektiv geri dönüşünü qiymətləndirməyə imkan verir.
Qeyd olunmuşdur ki, sənaye, aqrar sektor, turizm, logistika,
informasiya texnologiyaları, enerji sahələri üzrə investisiya potensialının
vahid çərçivədə təqdim olunması investorun qərarvermə prosesini asanlaşdırır.
Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə tətbiq edilən
güzəştlərin “Güzəştlər Vadisi” modeli ilə təqdim edilməsi xüsusi
vurğulanmışdır.
Bildirilib ki, kitabda makroiqtisadi sabitlik, aparılan
islahatlar və qeyri-neft sektorunun imkanları üzrə analitik yanaşma təqdim
olunur və bu baxımdan əsər həm investorlar, həm də iqtisadi qərarvericilər üçün
praktik əhəmiyyət daşıyır.






Rəylər
0 Rəy