Qanunsuz ayrılan bələdiyyə torpaqlarının sahəsi məlum oldu
İnzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 3 142 hektar torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.
Trend-in məlumatına görə, bu məlumat Milli Məclisin Regional
məsələlər komitəsinin bugünkü iclasında müzakirə edilən bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin 2025-ci il
üzrə illik məruzəsində öz əksini tapıb.
Bildirilib ki, nəticədə 3 121 hektar torpaq sahəsinin icarəyə,
21 hektar torpaq sahəsinin isə mülkiyyətə verilməsi haqqında qanunsuz qərarlar
ləğv edilib.
Həmçinin, 2025-ci il ərzində örüş sahələrinin qanunsuz
olaraq ayrı-ayrı şəxslərə ayrılması, zəbt olunması və digər pozuntulara qarşı
qanunamüvafiq tədbirlər davam etdirilib.
Nəticədə 2 057 hektar örüş sahəsi ilə bağlı qanunsuz bələdiyyə aktları inzibati nəzarət orqanının təklifləri və ya məhkəmələrə verilmiş iddialar əsasında ləğv olunub və ya dəyişdirilib.
Rəylər
0 Rəy