Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-12-2025 , 18:32

757

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Adil Əhmədov: “BAMS-ın dövlət informasiya sisteminə inteqrasıyası bir çox problemlərin həllinə səbəb olacaqdır”

 “Bu gün bələdiyyələrin vergi yığımında irəliləyişə Adminstrasiyanın Bələdiyyələrlə iş sektorunun ciddi səyi və Azərbaycan Milli  Bələdiyyə Assosiasiyalarının təşkilatçılığı, həmçinin bələdiyyələrdə müasir tələblərə cavab verən vergi uçot-sisteminin qurulmasının hesabına nail olunub”- bu fikirləri Belediyye.infoya “Bələdiyyələrə onlyan xidmət” mərkəzinin rəhbəri Adil Əhmədov deyib.

Adil Əhmədov qeyd edib ki, bələdiyyələrdə  əsasən vergi-uçot sisteminin düzgün qurulması, vergiödəyicilərinin və vergi obyektlərinin maksimum şəkildə vergiyə cəlb edilməsi işində son iki il ərzində BAMS proqramının Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasıya olunması, o cümlədən  əsaslı formada təkmilləşdirilərək yeni versiyasının hazırlanması, həmçinin BAMS-ın müvafiq dövlət qurumlarının elektron informasiya bazasına inteqrasiyasının təmin edilməsi proqramın imkanlarını bir xeyli genişləndirib. 

Mərkəz rəhbəri deyib ki, bununla yanaşı BAMS-ın dövlət informasiya sistemi statusunda bələdiyyələrin vahid informasiya sistemi kimi hüquqi əsaslarının yaradılması üzərimizə daha böyük məsuliyyət yükü qoyur. BAMS proqramının düzgün tətbiqi və imkanlarından maksimum dərəcədə istifadəsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlərin  nəticəsi olaraq ötən illə müqayisdə ölkənin bir sıra şəhər, qəsəbə və kənd bələdiyyələrində ciddi artımlar müşahidə olunub.

Cari ilin 11 ayı ərzində yerli vergilərin yığımında Ağcabədi bələdiyyəsi 6 dəfə, Kürdəmir bələdiyyəsi 5 dəfə, Samux və Saatlı bələdiyyələri 4 dəfə, Göytəpə bələdiyyəsi 3.5 dəfə, Şamaxı  bələdiyyəsi 3 dəfə, Sabirabad bələdiyyəsi 2.7 dəfə, Lerik bələdiyyəsi 2.5 dəfə, Yardımlı bələdiyyəsi 2.2 dəfə, Masallı bələdiyyəsi  2 dəfəyədək artıma nail olublar.

Bununla yanaşı Bakı və Sumqayıt kimi iri şəhərlərdə ötən illə müqayisədə ciddi artımlar müşahidə edilməkdədər.

Sumqayıt bələdiyyəsi 69 faiz, Yasamal bələdiyyəsi  41 faiz, Nəsimi bələdiyyəsi  40 faiz, Nərimanov  bələdiyyəsi 34 faiz artıma nail ola biliblər.

Bakı qəsəbələrində də ciddi artımlar müşahidə edilməkdədir. Belə ki, Müşviqabad bələdiyyəsi (Qaradağ) 3.5 dəfə, Lokbatan bələdiyyəsi (Qaradağ) 3 dəfə, Pirallahı (Pirallahı) 2.4 dəfə, Hövsan bələdiyyəsi (Suraxanı) 2 dəfə, Sahil  bələdiyyəsi (Qaradağ) 67 faiz, Kürdəxanı bələdiyyəsi (Sabunçu) 58 faiz, Əmircan bələdiyyəsi (Suraxanı)  55 faiz, Binəqədi qəsəbə bələdiyyəsi (Binəqədi) 44 faiz, Qaraçuxur bələdiyyəsi (Suraxanı) 28 faiz, Badamdar bələdiyyəsi  (Səbail) isə 27 faiz artıma nail olub.

Rayon qəsəbə bələdiyyələri arasında  Turan (Şəki) 5 dəfə,  Kür (Şəmkir) 2.7 dəfə, Hacıməlik (Göygöl) 2.5 dəfə, Vəndam (Qəbələ) 2.3 dəfə, Hacı Zeynəlabdin (Sumqayıt)  2 dəfə, Saray (Abşeron) 2 dəfə, Mehdiabad (Abşeron) 90 faiz, Sabir (Şamaxı) 59 faiz, Hökməli (Abşeron) 42 faiz və İstisu bələdiyyəsində isə  (Xaçmaz) 40 faizlik artım müşahidə olunub.

Kənd bələdiyyələrində isə sıralama belədir:

Qaravəlli (Ağcabədi) bələdiyyəsi 32.8 dəfə, Həsənqaya bələdiyyəsi (Bərdə) 18.3 dəfə, Xanərəb bələdiyyəsi (Bərdə) 11.4 dəfə, Ağdaş (Cəlilabad )  9 dəfə, Varxan bələdiyyəsi (Saatlı) 8 dəfə, Qarazəncir bələdiyyəsi (Cəlilabad) 6 dəfə, Qarağacı bələdiyyəsi (Tərtər) 5.8 dəfə, Xaçmaz bələdiyyəsi (Oğuz)  5 dəfə, Alar bələdiyyəsi (Cəlilabad)  4.7 dəfə, Cəyli bələdiyyəsi (Kürdəmir) 4.5 dəfə, Bico bələdiyyəsi (Ağsu)  4 dəfə, Gülməmmədli bələdiyyəsi (Cəlilabad ) 3.5 dəfə, Məmmədli bələdiyyəsi  (Abşeron) 3.3 dəfə, Birinci Nügədi bələdiyyəsi (Quba) 3.5 dəfə, Nohurqışlaq bələdiyyəsi (Qəbələ) 2.7 dəfə, Hüsülü bələdiyyəsi (Ağcabədi) 2.5 dəfə, Pirəbədil bələdiyyəsi (Şabran) 2.4 dəfə, Bəhmətli bələdiyyəsi (Zaqatala) 92 faiz və Qum bələdiyyəsi (Qax) 91 faiz büdcə gəliri əldə ediblər.

Mərkəz rəhbəri inanır ki, BAMS  dövlət informasiya sisteminə inteqrasıya olunduqdan sonra bələdiyyələrin üzləşdiyi bir çox problemlər öz həllini tapmış olacaqdır. Həm büdcə gəlirlərində artım müşahidə olunacaq, həm də vətəndaş müraciətlərinin icrası tələb olunan səviyyədə olacaqdır. 

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
757

“Onu bir aydan sonra vəzifəsindən çıxartmışam”

Gündəlik Xəbərlər
06-01-2026
817

JEK"lər ləğv edilməyək.....

Gündəlik Xəbərlər
05-01-2026
677

Söz versə də,...

Gündəlik Xəbərlər
30-12-2025
1111

Bu gün Prezidentin doğum günüdür

Gündəlik Xəbərlər
24-12-2025
1033

Mədəni irsin qorunması ilə bağlı yanlışlar

Gündəlik Xəbərlər
23-12-2025
694

Cari ildə bələdiyyələrə subvensiya niyə ayrılmadı?

Gündəlik Xəbərlər
21-12-2025
709

Geriyə baxanda... 

Gündəlik Xəbərlər
17-12-2025
850