Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-09-2025 , 10:22

1303

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

ƏMDX rəsmilərinə: “Bələdiyyənin müraciətlərinə ardıcıl imtina cavabının yazılmasını necə başa düşək”

Əldə etdiyim məlumatda bildirilir ki,  Əmlak Məsələri Dövlət Xidməti yaxın aylarda bələdiyyələrin iştirakı ilə ənənəvi müşavirələrə start verəcək.  Bu dəfəki,  müşavirələrin əsas qayəsi görülən işlər, həyata keçirilən yeniliklərlə bərabər, həm də  qiymətləndirmə ilə bağlı olacağı şübhəsizdir. Çünki Qiymətləndirmə palatasına üzv olan MMC-lərin hesabladığı qiymətlərlərlə ƏMDX əməkdaşları heç cür razılılğa gələ bilmirlər. Məhz bu qarşıdurmanın nəticəsidir ki, bu gün region bələdiyyələri hər hansı sənədi “əmlak”dan keçirə bilmir.

Belə başa düşmək olar ki, cari ilin əvvəlindən qüvvəyə minən qiymətləndirmə ilə bağlı məqamlar ƏMDX tərəfindən razılaşdırılmayıbmış. Bəlkədə əvvəlcədən razılaşdırılmış olsaydı belə qarşıdurma da olmazdı. Əlavə edim düzəlişin edilməsi, MM-də müzakirəsi və təsdiqi, heç kimin gözləmədiyi halda   həqiqətən çox sürətli şəkildə öz həllini tapdı. Ancaq elə problem də bundan sonra daha da kəskinləşdi. Nə isə... Bələdiyyə ilə “əmlak” arasında ciddi qarşıdurma olsa da, gərginliyin azaldılması üçün həqiqətən Adminstrasiyanın müvafiq sektoru çox ciddi işlərin həyara keçirdiyi  göz önündədir.

BAMS-ın ƏMDX -nin məlumat sisteminə inteqarsıya edilməsi bəlkə də gərginliyin azaldılmasında ən uğurlu addım idi.  Məhz bu addımın hesabına cari ilin səkkiz ayı ərzində şəhər bələdiyyələri yerli verigi yığımını 25 faiz, qəsəbə və kənd bələdiyyələri isə 22 fazilik artıma nail ola biliblər.  Bu artımlar yerli vergilərlə, yəni əmlak və torpaq vergisinin yığımı ilə bağlıdır. Bu addımın yaratdığı artım  əslində bələdiyyələrə  ərazilərində vətəndaş məmnunluğunun daha geniş mənada təşkilində dəstək vermiş oldu.

Təəsüf ki,  bələdiyyə ilə ƏMDX arasında yaranmış soyuq münasibətə qatılan bu istilik əvvəlki illərdən yaranmış buz örtuyunü əridə bilmir. Sözsüz bir çox hallarda bu prosesdə bəzi bələdiyyə sədrlərinin təcrübəsizliyi də öz sözünü deyir. Lakin əsas problemi yaradan orqan yenə məhz ƏMDX-nin əməkdaşları olaraq qalır.

Nə qədər imtina cavablarında qiymətlərin düzgün müəyyən edilməməsi, gah da dürüstləşdirməyə ehtiyac olması fikri yazılar. Bir məktuba az qala  18 dəfə imtina cavabı yazılması nə deməkdir. Bəlkə arada yazılan məktubda abzasları dəyişməklə heç olmasa məzmuna bir qədər dəyişkilik edəsiniz.

Düşünürəm ki, ƏMXD-nin  bir problemi də xidmətin yanında İctimai şuranın fəaliyyətsizliyidir. Əgər xidmət yanında İctimai şura yaradılmış olsaydı yəqin ki, problemlər bu qədər şişməzdi.Nə isə...

Hər halda keçiriləcək növbəti müşavirələrdə indidən xahiş edirəm bələdiyyələrin qaldırdığı məsələlərin həllinə diqqət yetriməyi unutmayasınız. Ötən dəfə keçirdyiniz 11 müşavirədə çıxışına imkan verdiyiniz beş bələdiyyə sədrinin fikirini heç  olmasa indi nəzərə alasınız. Və səslənən tənqidi səmimi qəbul edib onun həqiqiliyini araşdırmaq əvəzinə yuxarı instansıyalara şikayət etmək ən azı bələdiyyə sisteminə  hörmətsizlik kimi qəbul edilə bilər.

Odur ki, çalışın ölkə başçısının tələb etdiyi vətəndaş məmnunluğunun təmin edilməsinə öz töhfənizi verəsiniz.

Sizdən xahişimiz hələ ki, ancaq budur.

Vüqar Tofiqli

 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
387

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
732

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
712

Qaradağ RİH-də vakant yerlərin sayı yeddiyə çatıb

Gündəlik Xəbərlər
03-11-2025
588

Daha bir icra hakimiyyətində əməliyyat keçirilib

Gündəlik Xəbərlər
02-11-2025
805

Bələdiyyələrin fəaliyyətinə problem yaradanların... 

Gündəlik Xəbərlər
30-10-2025
710