Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-06-2025 , 23:36

1425

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Bələdiyyələrin statusu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Digər dəyişikliyə görə, bələdiyyə bildirişləri elektron qaydada göndəriləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Məsələyə münasibət bildirən “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a söyləyib ki, vahid informasiya sisteminin yaradılması və bu istiqamətdə bələdiyyələrlə bağlı həyata keçirilmiş bütün tədbirlər qeyd olunan sistemin inkişafına stimul verə biləcək mühüm addımlar kimi qiymətləndirilə bilər:

“Bələdiyyələrin vahid informasiya sisteminin reallaşdırılması ümumilikdə müsbət tendensiya kimi dəyərləndirilməlidir. Belə ki, vahid informasiya sisteminin tətbiqi neqativ halların qarşısının alınmasına, idarəetmədə şəffaflığın təmin olunmasına və nəticə etibarilə bələdiyyələrin büdcə gəlirlərinin artmasına müsbət təsir göstərəcək. Nəticədə, vətəndaş və ya seçici tərəfindən edilən müraciətlərin daha operativ və effektiv şəkildə cavablandırılması mümkün olacaq. Artıq bu layihə çərçivəsində bir sıra ilkin tədbirlər icra edilmiş və müəyyən layihələr həyata keçirilib. Hesab edirəm ki, bu proseslər bələdiyyələrin institusional inkişafı istiqamətində atılmış mühüm addımlardır və bu baxımdan pozitiv qiymətləndirilməlidir”.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Mədəni irsin qorunması ilə bağlı yanlışlar

Gündəlik Xəbərlər
23-12-2025
726

Cari ildə bələdiyyələrə subvensiya niyə ayrılmadı?

Gündəlik Xəbərlər
21-12-2025
759

Geriyə baxanda... 

Gündəlik Xəbərlər
17-12-2025
879

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
790

İdarətemədə isalahatlar nəyi dəyişəcək? 

Gündəlik Xəbərlər
14-12-2025
845

Ədliyyə naziri Bərdə şəhərində qəbul keçirib

Gündəlik Xəbərlər
08-12-2025
768

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
920