Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-06-2025 , 23:01

1220

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Torpaq almaq istəyənlərin NƏZƏRİNƏ: Bələdiyyələr satışı bu cür həyata keçirir

"Bələdiyyələr əvvəllər hərrac vasitəsilə torpaq satışını həyata keçirirdilər. Hərracda  bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin bazar dəyəri müəyyən olunurdu. Bələdiyyələr özləri bu səlahiyyəti həyata keçirirdilər.  "Qiymətləndirmə fəaliyyəti haqqında" qanunun qəbulundan  və "Bələdiyyə torpaqları haqqında" müvafiq qanuna əlavə dəyişikliklər ediləndən sonra bələdiyyə torpaqları yalnız Qiymətləndirmə Palatasının üzvü olan şirkətlər və yaxud da fiziki şəxslər tərəfindən qiymətləndirildikdən sonra vətəndaşa satıla bilər".

Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib.

O bildirib ki, prosesə start verilib, ölkənin bütün bələdiyyələrində hal-hazırda alqı-satqı prosesi gedir:

"Alqı-satqı təbii ki, qiymətləndirici şirkətin və yaxud fiziki şəxsin qiymətləndirməsinə əsasən torpağın bazar dəyərinin müəyyən edilməsi ilə başlayır. Vətəndaş bələdiyyəyə müraciət edir, bələdiyyə torpaq sahəsinin ayrılması ilə bağlı müvafiq sənədləri tələb etdikdən sonra bu barədə qərar verir. Bələdiyyənin qərarından sonra bələdiyyə rəhbərliyi qiymətləndirmə şirkətinə müraciət edir. Qiymətləndirmə şirkəti həmin ərazidə torpaq sahəsinin dəyərini müəyyən edir və qiymətləndirmə hesabatında göstərilən dəyərə uyğun olaraq alqı-satqı prosesi həyata keçirilir.Qiymət son 6 ay ərzində hərracda müəyyən edilən qiymətdən aşağı ola bilməz. Eyni zamanda torpaq sahəsinin bazar dəyəri sırf bazar məlumatları əsasında, beynəlxalq və milli qiymətləndirmə standartlarına və prosedurlarına uyğun şəkildə müəyyən olunmalıdır.

Əfsanə Kamal

Demokrat.az


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Qaradağ RİH-də vakant yerlərin sayı yeddiyə çatıb

Gündəlik Xəbərlər
03-11-2025
446

Daha bir icra hakimiyyətində əməliyyat keçirilib

Gündəlik Xəbərlər
02-11-2025
648

Bələdiyyələrin fəaliyyətinə problem yaradanların... 

Gündəlik Xəbərlər
30-10-2025
564

Nazir bu şəhərdə vətəndaşları qəbul edəcək

Gündəlik Xəbərlər
29-10-2025
595

Bu gün Azərbaycanda Dövlət Suverenliyi günüdür


Gündəlik Xəbərlər
20-09-2025
595