Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-07-2025 , 10:24

1004

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

ABMA: “Qanunlara edilən mütərəqqi  dəyişikliklər bələdiyyələrin maliyyə fəaliyyətinin tənzimlənməsində, şəffaflıq prinsiplərinin qorunmasında xüsusi əhəmiyyəti olacaqdır”

Bu günlərdə Azərbaycan Prezidenti bələdiyyələrə aid bəzi qanunvericilik aktlarına edilən dəyişikliklərin icrası ilə bağlı imzaladığı Fərmandan irəli gələn bəzi məsələlərin həlli birbaşa  Bələdiyyələrin milli assosiasiyalarına tövsiyə olunub.

Bu tövsiyələr isə Bələdiyyələrin vahid informasiya sisteminin yaradılması ilə bağlıdır.

 Belə ki, “Bələdiyyələrin statusu haqqında qanuna edilən əlavəyə görə, “Yerli büdcələrin gəlirlərinin və xərclərinin uçotunun çevik və effektiv təşkili, vahid və aktual informasiya bazasının yaradılması məqsədilə “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq bələdiyyələrin vahid informasiya sistemi yaradılır”

Qanunun digər bir maddəsində “Bələdiyyələrin vahid informasiya sistemi dövlət informasiya sistemi” olması göstərilir.

Tövsiyəyə uyğun olaraq “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi”nə uyğun olaraq, Sistem haqqında əsasnamənin ölkə ərazisində fəaliyyət göstərən bələdiyyələr tərəfindən birgə təsdiq edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini üç ay müddətində təmin edilməli, və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-2.3-cü maddəsinə uyğun olaraq, Sistemə ötürüləcək və Sistemdən əldə ediləcək məlumatların dairəsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Bu prosesin icrası ilə bağlı yaranan suallara Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarından belə aydınlıq gətirilib ki, bu hüquqi sənədlər imzalandıqdan dərhal sonra ABMA-da geniş müşavirə keçirilmiş, ölkə başçısı tərəfindən qoyulan məsələlərin icrası ilə bağlı konkret addımların atılması üçün ABMA-nın  təcrübəli kadrlarından ibarət İşçi qrupunun təsis edilməsi qərara alınmışdır. İşçi qrupu ilk növbədə yaradılacaq Vahid informasiya sisteminin əsasnaməsini hazırlayacaq. Hazırlanan əsasnamənin ilkin versiyası  bələdiyyələrin birgə iştirakı ilə müzakirə edildikdən sonra hər bir bələdiyyə tərəfindən təsdiq ediləcək. Bununla yanaşı, Vahid informasiya sisteminə ötürüləcək və bu sistemdən əldə ediləcək məlumatların əhatə dairəsini müəyyən edən təkliflər paketidə hazırlanaraq təsdiq üçün Nazirlər Kabinetinə  təqdim ediləcəkdir.

ABMA- dan onu da bildiriblər ki, qanunlara edilən mütərəqqi  dəyişikliklər bələdiyyələrin maliyyə fəaliyyətinin tənzimlənməsində, şəffaflıq prinsiplərinin qorunmasında, hesabatlılığın təmin edilməsində və neqativ halların qarşısının alınmasında xüsusi əhəmiyyəti olacaqdır, odur ki, ABMA -nın kollektivi var qüvvəsi ilə prosesi göstərilən vaxt ərzində icrasını başa çatdırmağı  nəzərdə tutur.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
425

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
737

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
716

Qaradağ RİH-də vakant yerlərin sayı yeddiyə çatıb

Gündəlik Xəbərlər
03-11-2025
593

Daha bir icra hakimiyyətində əməliyyat keçirilib

Gündəlik Xəbərlər
02-11-2025
814

Bələdiyyələrin fəaliyyətinə problem yaradanların... 

Gündəlik Xəbərlər
30-10-2025
715