Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-10-2023 , 18:53

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

Azərbaycanda Yeni Azərbaycan Partiyasına rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil


Yeni Azərbaycan Partiyası 30 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət edərək, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrilərək  ölkəmizin siyasi həyatında müstəsna rolu vardır. Ümummilli Lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yolu keçib.

YAP yarandığı vaxtdan ölkənin ictimai-siyasi həyatına həlledici təsir göstərib. Ən önəmli məqamlardan biri də budur ki, partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olub. Ümummilli Liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır. Tarixi şəxsiyyət olan Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün onun əbədiyaşar ideyaları əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi düzgün və məqsədyönlü siyasət ölkəmizin inkişafını şərtləndirən əsas amillərdəndir. Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçərək bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixi müvəffəqiyyətlər qazanır. Azərbaycan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə özünün qələbələr salnaməsinə daha bir möhtəşəm səhifə əlavə edərək tarixi Zəfər qazandı. Hazırda Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü siyasi qüvvəsi statusunu daşıyır. Partiyamızın sıralarında 800 min nəfərə yaxın insanın birləşməsi də bu faktı təsdiqləyir. Ötən ilin mart ayında keçirilən VII Qurultay isə Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin başlanğıcı hesab edilə bilər. Bütövlükdə isə, Azərbaycanda Yeni Azərbaycan Partiyasına rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Ümummilli Lider Heydər Əliyevin zəngin irsi əsasında və cənab Prezident, partiyamızın sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artmışdır. Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir. Yeni Azərbaycan Partiyasının arxada qoyduğu dövrə nəzər yetirsək, qürur hissi ilə vurğulaya bilərik ki, Yeni Azərbaycan Partiyası qüdrətli siyasi təşkilat olmaqla Azərbaycanın dövlətçilik maraqlarının qətiyyətli və etibarlı müdafiəçisidir.

Bildiyiniz kimi, artıq ölkəmizdə 5 dəfə keçirilən bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası inamlı qələbə qazanır və  seçilən bələdiyyə üzüvlərinin mütləq əksəriyyətini partiyamız tərəfindən irəli sürülən namizədlər təşkil edirlər. YAP-ın  seçki platformasını uğurla reallaşdırmaqla minlərlə bələdiyyə üzvü respublikamızın sosial-iqtisadi inkişafında öz layiqli töhfələrini verir və yerli özünüidarətmənin inkişaf etdirilməsində fəal iştirak etməkdədirlər. 2007-ci ildən YAP üzvü kimi bələdiyyə seçkilərində mənim də namizədliyim partiya tərəfindən irəli sürülmüş və artıq ___ ildir ki, qəsəbə bələdiyyəsinə rəhbərlik edirəm. Bələdiyyə üzvlərimizin çoxu YAP-ı təmsil edirlər. Qəsəbəmiz rayon rəhbərliyinin diqqət və qayğısı hesabına günü – gündən abadlaşır, müasirləşir və sakinlərimizin firəvan yaşaması üçün hər çür şərait yaradılır. Seçkili yerli özünüidarəetmə orqanı kimi, bələdiyyəmiz də yerli problemlərin həlli ilə bağlı aparılan abadlıq-quruculuq, sosial humanitar tədbirlərin həyata keçirilməsində fəal iştirak edərək partiyanın və seçicilərimizin etimadını doğrultmağa çalışırıq. 

Tarixi Zəfərimizdən sonra bələdiyyəmizin əsas fəaliyyət istiqamətlərindən biri  şəhid ailələrinin üzvlərinə və qazilərimizə hər cür qayğı, maddi və mənəvi köməkliklər göstərməkdir. Canlarını ərazi bütövlüyümüzün bərpas uörunda qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirələri böyük ehtiramla yad edilir, onların anım günlərinin təşkil edilməsində fəal iştirak edirik.

Sizi əmin edirəm ki, qəsəbəmizin ilk partiya təşkilatı, getdikcə sıralaraını daha da genişləndirəcək və qəsəbəmizin ictimai-siyasi həyatında, abadlıq-quruculuq işlərində fəaliyyətini daha da gücləndirəcəkdir. Bu istiqamətdə hər birinizə uğurlar arzulayıram.

Ramiz Nəsibov

Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin sədri,

YAP-ın Sabunçu rayonu Bakıxanov qəsəbə ərazi təşkilatının sədri

Rəylər

2 Rəy

Ali Abdullayev

19-10-2023, 9 ay əvvəl

Ramiz Nesibov

Cavabla

BAYRAMOV RÜSTƏM

19-10-2023, 9 ay əvvəl

Bəli, çox dəyərli Bələdiyyə sədrimiz Ramiz müəllim Sizin rəhbərliyinizlə Bakıxanov qəsəbəsində uğurlu quruciluq və abadlıq işləri ğörülür ,mən əminəm qəsəbənin sakinləri gördüyünüz işlərdən razıdır və SİZİ dəstəkləyir. Məndə sizi dəstəkləyir, istər- Bələdiyyə,- istəsədə Y ENİ Azərbaycan partiyası təşkilat qrupunda nailiyyətlər arzulayıram.

Cavabla

Rəy yaz