İsrafil Hüseynov: “Buzovna bələdiyyəsinin nümunəvi bələdiyyələr sırasında qalması üçün...”
Xəzər rayonu Buzovna bələdiyyəsi fəaliyyətinin yeni
dövrünə qədəm qoyub. Artıq bələdiyyə yeni tərkib və yeni sədrlə fəaliyyətə
başlayıb. Maraqlıdır., yeni seçilən sədr İsrafil Hüseynov bələdiyyənin əvvəlki illərdə
fəaliyyətini necə qiymətləndirir:
- Buzovna bələdiyyəsinin əvvəlki illərdə olan fəaliyyətini
qənaətbəxş hesab edirəm. Nəzərə alaq ki, əvvəlki illərdə bizdə bələdiyyə üzvü olaraq
bələdiyyə sədrinin fəaliyyətinə hər cür kömək göstərməklə yanaşı, bu gün bələdiyyənin əvvəlki illərdəki intensiv fəaliyyətin
davamı olaraq işlərimizi operativ
qurmağa çalışırıq ki, seçicilərimizin etimadını doğruldaq.
“Sədr olaraq bu gün Buzovna bələdiyyəsinin nümunəvi
bələdiyyələr sırasında qalması üçün
hansı addımlar atmağı nəzərdə tutursunuz” sualını cavablandıran İsrafil
Hüseynov bildirib ki, bu gün Buzovna bələdiyyəsinin
tərkibində yaradılan daimi komissiyaların tərtib etdikləri proqramların həyata keçirilməsi
üzərində çalışır və ümid edirəm ki, proqramlarda qaldırılan məsələlər öz həllini
tapdığı halda nümunəvi bələdiyyə olaraq qəsəbə sakinlərin yaddaşında bundan
sonra da qalacağıq.
Hesab edirəm ki, qəsəbəmizin sosial, iqtisadi və
ekoloji vəziyyətinin gündən-günə yaxşılaşdırılmasında yaxından iştirak edərək seçicilərimizin
qaldırdıqları məsələlərin vaxtında həll edilməsi Buzovna bələdiyyəsinin ən
proritet vəzifəsidir.
Sədr qeyd edib ki, Buzovna bələdiyyəsi olaraq ilk olaraq
vergi və ödənişlərin yığılmasında yaranan problemləri həll edərək, eyni zamanda
vətəndaşları maarifləndirməklə vergi-uçot sistemini təkmilləşdirmək və
qanunvericiliyin tələblərinə uyğun olaraq addımların atılmasını planlaşdırırıq.
Maraqlıdır sədrin qəbul etdiyi ilk qərar nə ilə
bağlı olub?
-
Bələdiyyə
sədri olaraq ilk qərarımız qəsəbədə olan “Zuğulba” prospektində yerləşən mozaika
üslubu ilə inşa edilən tikilinin bərpa
edilməsi və qəsəbənin N.Axundov küçəsində 1400 kv.metr asfalt örtüyünün
salınması olmuşdur. Hazırda bu layihələrin icrası ilə bağlı addımlar atılır.
Belediyye.info
Rəylər
0 Rəy