Gülnarə Seyidova: "Şəhid və qazi ailələrinin hər bir müraciəti diqqətdə saxlanılmalıdır"
"Hər gün bələdiyyəyə müraciətlər olur. Və bu müraciətlərin böyük bir qismi vətəndaşları narahat edən məsələlər olur. Bir çox hallarda bələdiyyədən asılı olan müraciətlər maliyyə imkanları çərçivəsində öz həllini tapır"- bu fikirləri Belediyye.infoya Şəki rayonu Qoxmuq bələdiyyəsinin sədri Gülnar Seyidova bildirib.
Sədrin sözlərinə görə, "8 noyabr -Zəfər günü" şəhid Taleh Daşdəmirovun anası oğlunun plakatının ətrafına ağaclar əkmək istədiyini bildirib. Qoxmuq bələdiyyəsi olaraq dərhal bu müraciətə dərhal reaksiya verilib. Bələdiyyə onun bu arzusunun gerçəkləşməsi üçün bələdiyyənin büdcəsi hesabna ağaclar alaraq şəhid anası Xalidə xanıma təqdim etməklə, habelə plakatın ətrafında əkilərək aqrotexniki qulluq göstərilib.
Belediyye.info