Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

31-10-2024 , 09:16

428

Son xəbərlər

Bütün xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təmraz Tağıyev: “TDBB-nin İdarə heyətinin üzvləri Azərbaycanın COP-29-a ev sahibliyindən məmnun olduqlarını ifadə ediblər”

Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) İdarə Heyətinin növbəti toplantısı Türkiyənin  Bağçılar bələdiyyəsinin ev sahibliyi ilə baş tutub.

Albaniya, Azərbaycan, Bosniya və Herseqovina, Qaqauziya (Moldova), Kuzey Kıprıs Türk Cumhuriyəti, Monqolustan və Türkiyədən olan idarə heyətinin üzvlərinin iştirak etdiyi iclasda ölkəmizi Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev və Azərbaycan Şəhər Bələdiyyələr Milli Assosiasiyasının məsul əməkdaşı Rövşən Məmmədov təmsil edib.

Tədbirdə TDBB-nin prezidenti, Konya Bələdiyyə başçısı Uğur İbrahim Altay, TDBB-nin Baş katibi Fəxri Çolak çıxış edərək təşkilatın doqquzaylıq fəaliyyətinə toxunublar.  Hər iki natiq türkdilli ölkələrdə formalaşan yerli orqanların qarşılıqlı əlaqələrinin qurulmasında TDBB-nin fəaliyyətinin mühüm əhəmiyyətindən danışıblar. Çıxışlarda  TDBB-nin cari ildə həyata keçirdiyi layihələrə toxunaraq qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

Tədbirdə həmçinin TDBB-də ölkəmizi təmsil edən Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının  sədri Təmraz Tağıyev çıxış edərək  bir gün əvvəl Türkiyənin Cumhuriyəti günü münasibəti ilə keçirilən tədbirdə  iştirakdan və çıxışlardan məmnun qaldığını, habelə  Türkiyə-Azərbaycan dostluğunun əsrlər boyu yaşayacağını, tarixi köklərlə bir-birinə bağlı olan bu münasibətlərin qardaşlıq prinsiplər əsasında qurulduğunu bildirib.

Təmraz Tağıyev bildirib ki,  idarə heyətinin iclasında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi ölkəmizə olan böyük etimadın göstəricisi  kimi olması xüsusi olaraq vurğulanıb.

Ölkə təmsilçisi çıxşında həmçinin vurğulayıb ki, belə bir mötəbər tədbirə ev sahibliyi etməklə Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizədə öz töhfəsini verməkdədir.

İdarə heyətinin bir çox üzvləri belə mötəbər tədbirə dəvət aldıqlarını məmnunluqla bildiriblər. 

İclasda idarə heyətinin ötən doqquz ay ərzindəki fəaliyyəti təhlil edilmiş və qarşıdakı aylarda həyata keçiriləcək layihələr müzakirə edilərəl fəaliyyət planına salınması qərara alınıb.

Xatırladaq ki, türkdilli ölkələrdə formalaşan yerli orqanların inkişafında, habelə müəyyən inkişaf səviyyəsinə çatmasında TDBB-nin xüsusi rolu var.  

Belediyye.info