Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-10-2024 , 13:27

446

Son xəbərlər

Bütün xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Tütünçəkmə ilə mübarizəyə həsr olunmuş dəyirmi masa keçirilib

29 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yasamal Bələdiyyəsində “Tütünsüz həyat – sən özün yarat” mövzusu çərçivəsində tütünçəkmə ilə mübarizə məsələlərinə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin eləcə də Yasamal Rayon İcra Hakimiyyətinin və Yasamal Bələdiyyəsinin nümayəndələri iştirak ediblər.

Tədbir Dövlət himninin səslənməsindən, torpaqlarımızın azadlığı uğrunda  canlarından keçən Vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən  sonra açıq elan edilib.

Tədbiri açıq elan edən Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova bildirib ki, ölkəmizdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun tətbiq olunması əhalinin sağlamlığının qorunması sahəsində çox mühüm addımdır. Bu Qanunun məqsədi tütün məmulatlarından istifadə etməyən insanların, habelə tütün məmulatlarından istifadə edən insanların da sağlamlıqlarının mühafizəsidir.

Daha sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva və həmin Mərkəzin İctimai səhiyyə şöbəsinin müdiri Tofiq Musayev tütün epidemiyasının səbəbləri və onlarla effektiv mübarizə üsulları barədə geniş təqdimatlar təqdim edərək insanların bu zərərli vərdişdən imtina etməsinə, ölkəmizdə tütündən istifadənin ildən-ilə azalmasına nail olmaq üçün müasir vasitələrdən də istifadə olunmasını görüş iştirakçılarının diqqətinə çatdırıb çıxış ediblər. Çıxış edən natiqlər bütün iştirakçıları “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ciddi riayət etməyə, qapalı məkanlarda tütün tüstüsündən azad mühit yaratmağa və bu zərərli vərdişdən qurtulmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisinin dəstəyi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən yaradılan “Tütündən imtina et” mobil aplikasiyasından faydalanmağa çağırdılar.

Tədbirin sonunda tütün epidemiyası ilə bağlı məsələlər təhlil olundu, irəli gələn məsələlər ətrafında müzakirələr aparıldı və xatirə şəkli çəkildi.

29.10.2024