Biləcəri qəsəbəsində daha bir layihənin icrasına start verilib
“Biləcəri bələdiyyəsi tərəfindən növbəti layihə icra olunur”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Etibar Cabbarov bildirib.
Sədrin sözlərinə görə, bələdiyyənin üzləşdiyi maliyyə çətinliklərinə baxmayaraq sakinlərin müraciəti daim diqqətdə saxlanılır. Binəqədi RİH-in Biləcəri qəsəbəsi üzrə SİƏD-in yaxından iştirakı ilə qəsəbənin 10 May küçəsində Biləcəri Şəhidlər Xiyabanının hasarı ümümi sahəsi 2000 kv.m-dən artıq olan ərazidə suvaq işlərinə start verilib.
Sədr bildirib ki, bələdiyyənin üzun illərdən bəri DSMF borcunun müəyyən hissəsini cari ildə silinməsiylə bağlı ciddi addımlar atılıb. Bütün çətinliklərə baxmayaraq bələdiyyə ərazidə vergi yığımını artırmaqla bələdiyyənin əvvəlki illərdə yığılmış borclarının silinməsiylə bağlı yaradılmış işçi qrupu konkret təkliflərlə çıxış edib.
Sədr qeyd edib ki, cari ilin üçüncü rübü ərzində büdcə gəlirlərində 78 faizlik artım olub.
Belediyye.info
Rəylər
0 Rəy