Vətəndaş məmnunluğunu necə təmin etdik -BƏLƏDİYYƏ SƏDRİ YAZIR
Hər bir bələdiyyə yüksək səviyyədə sosial-iqtisadi inkişafa öz töhfəsini verməli və bu ideyanı prioritet istiqamətə çevirməlidir. Bu məqsədlə Quba Rayon İspik bələdiyyəsi mümkün imkanlar daxilində bir sıra islahatlar həyata keçirmiş və uğurlu nəticələr əldə etmişdir.
Beləki mütəmadi olaraq kənd daxili ərazilərdə abadlıq işləri çərçivəsində, iməclik yolu ilə geniş miqyaslı işlər həyata keçirilmişdir. Bura kənd qəbirstanlıqlarının abadlaşdırılması, qəbirstanlıq daxili təmizlik işlərinin həyata keçirilməsi daxildir.
Son 5 il ərzində görülən işlər çərçivəsində İspik kənd tam orta məktəbinin həyətində şəhid Neman Dadaşovun büstü ucaldılmışdır.
"Yaşıl dünya naminə həmrəylik ilinə həsr olunmuş iməclik təşkil edilmiş, kənd daxili ərazilər tullantılardan təmizlənilərək həmin tullantılar yandırılmış, yanaşı olaraq ağacların gövdəsi ağardılmışdır. Bir az təminatlı ailəyə köməklik göstərilərək 1(bir) ha fındıq bağı salınmışdır. Mütəmadi olaraq bayram günlərində az təminatlı ailələrə sovqat paylanılmışdır. Bələdiyyənin maliyyə və kənd sakinlərinin mənəvi dəstəyi ilə 10 tonluq su anbarı qurularaq sakinlərin istifadəsinə verilmişdir. Bundan əlavə kənd sakini, iş adamı Talıbov Rəsul Söhrab oğlunun maliyyə dəstəyi, İƏD nümayəndəliyi və bələdiyyənin lazım olan texnika və iməclikləri təşkil etməsi ilə 50 tonluq su anbarı qurulmuş və su bu mənbədən iki xətt üzrə 3 km məsafə qət edilərək kəndin istifadəsinə verilmişdir. Bu illər ərzində bələdiyyəyə sakinlər tərəfindən ünvanlanan müraciətlərin bir çox hissəsi bələdiyyə imkanları daxilində öz həllini tapmışdır. Bələdiyyənin imkanı xaricində olan məsələlər isə adiyyatı üzrə əlaqədar qrumlara yönləndirilmişdir. Bu məsələlərin əsasını kəndə mavi yanacağın çəkilməsi və elektrik dirəklərinin dəyişdirilərək yenisi ilə əvəz olunması təşkil edir.
Bu məsələlərlə bağlı müraciətimizə müsbət cavablar almışıq. İnanırıq ki,yaxın zaman ərzində həmin məsələlər öz həllini tapacaq. Bunlarla yanaşı bələdiyyənin bir sıra həll edilməmiş işləridə vardır.
Belə ki, gənclərin asudə vaxtından səmərəli şəkildə istifadə edə bilməsi üçün futbol meydançasının yaradılması, kənd ərazisində müxtəlif yerlərdə dayanacaqların yaradılması, kənd daxili yolların cınqıl daş tökülərək hamarlaşdırılması kimi işlər bələdiyyənin gündəliyindədir.
Bu işlərin görülməsi üçün bələdiyyəyə olan vergi borclarının yığılması şərt və vacibdir. Bələdiyyə vergi borclarının yığılmasında bələdiyyələr üçün nəzərdə tutulmuş BAMS tətbiqində yaradılmış imkanlardan istifadə edilir.
Yaxın zamanda problemli vergilərin yığılması məqsədi ilə Quba Rayon İcra və Probasiya şöbəsinə müraciət etməyi planlaşdırırıq.
Bələdiyyə sədri olaraq görülən işlərdə bizə yaxından köməkliyinə görə Quba Rayon İcra hakimiyyətinin başçısı İlqar Mahmudova, onun bütün kollektivinə, eyni zamanda İƏD- nin nümayəndəsi Firdovsi Şıxbabayevə dərin təşəkkürümü bildirirəm.
Toğrul Kərimov
Quba rayonu İspik bələdiyyəsinin sədri
Rəylər
0 Rəy